Elşad Abdullayevin bacısı oğlu saxlanıldı və buraxıldı (yeniləndi)

Azad Mürsəliyev Qazax Rayon Polis İdarəsindədir

Source:


11.46. Azad Mürsəliyev noyabrın 1-də səhər saatlarında sərbəst buraxılıb.


Azad Mürsəliyev Qazax Rayon Polis İdarəsindədir

Oktyabın 31-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda onun hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev həbs olunub.

Məlumatı Azad Mürsəliyevin oğlu jurnalist Əvəz Zeynallıya verib. “Azad Mürsəliyevin oğlu zəng etmişdi, atasının İstanbula gedərkən sərhəddə saxlanıldığını, sonra Qazax Polis İdarəsinə aparıldığını söylədi. Hələ Qazax Rayon Polis İdarəsi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmayıb”.

Ötən həftə Elşad Abdullayevin qardaşı Elsevər Abdullayev prokurorluq orqanlarındakı işindən uzaqlaşdırılıb.

Ana səhifəXəbərlərElşad Abdullayevin bacısı oğlu saxlanıldı və buraxıldı (yeniləndi)