Elon Musk mühəndis, ixtiraçı və filantropistdir. Musk daha çox PayPal, SpaceX və Tesla Motors şirkətlərinin təsisçisi kimi tanınır.
Musk 17 yaşında, valideynlərinin köməyi olmadan, CAR-da Aparteid zamanı məcburi hərbi xidmət olduğundan evini tərk edir.
İlk şirkəti Zip2-ni, Musk $300 milyondan çox bir qiymətə AltaVista-ya satır, həmin puldan isə Paypal-ı yaratmaq üçün istifadə edir. eBay, $1.5 milyarda Paypal-ı alandan sonra isə Musk daha böyük ideyaların üzərində işləməyə başlayır: SpaceX (kommersial kosmos uçuşları) və Tesla Motors (elektrik nəqliyyat).
Musk-ın fikrincə biz artıq ulduzlar arası səyahət edən bir sivilizasiya olmalıyıq, enerji resurslarının tamamını günəş panelləri vasitəsi ilə günəşdən almalıyıq, elektrik nəqliyyatlara keçid etməliyik. Əks halda biz böyük bir problemlə qarşı-qarşıya qalacayıq.
Bir neçə gün öncə isə Musk, Tesla avtomobillərinin bütün patentlərini açıq elan etmişdi. O bildirmişdir ki: ‘Yaxşı niyyətli insanlar bundan istədikləri kimi istifadə edə bilərlər. Bu, elektrik avtomobillərinin kütləvi istifadəsinə böyük təkan olacaq’.
Biz isə öz növbəmizdə, bu fenomenal şüurun 7 seçmə fikrini sizinlə bölüşmək istəyirik.
1- ‘Paypal-dan sonra mən bu perspektivdən fikirləşdim: Yaxşı, bəs insanlığın gələcəyinə təsir edə biləcək başqa hansı problemlər var ? Mən fikirləşmədim ki: Pul qazanmağın ən yaxşı yolu nədir ?’
2- ‘Bu iki alternativin müqayisəsində mən əsaslı fərqlər görürəm, kosmik sivilizasiya, hansı ki, ulduzların kəşfi ilə məşquldur, və ya Yer planeti ilə kifayətlənib öz nəslinin kəsilməyini gözləyən sivilizasiya.’
3- ‘Uğursuzluq qaçılmazdır. Əgər bəzi şeylər uğursuzluqla nəticələnmirsə deməli sən kifayət qədər yenilikçi deyilsən.’
4- ‘Bəlkə də mənim ən böyük səhvim insanların şəxsi keyfiyyətlərinə yox, onların istedadlarına üstünlük verməyimdir. Düşünürəm ki, yaxşı insan olmaq çox önəmlidir.’
5- ‘Əgər bir şey yetəri qədər vacibdirsə, əksəriyyət qarşı olsa belə, sən bunu etməlisən.’
6- ‘İlk addım bir şeyin mümkünlüyünü aşkarlamaqdır, sonra isə ehtimallar ortaya çıxır.’
7- ‘Mən bu nəticəyə gəldim: Biz insanlığın şüurunun əhatə dairəsini və miqyasını genişləndirməliyik, çünki biz daha yaxşı başa düşməliyik ki, biz hansı sualları verməliyik.’
Fotolar: Eric Ogden, Reuters, AP, Stephen Lam,Noah Berger,OnInnovation Flickr