Elmira İsmayılova: Bugünkü əziyyət, sabahkı zəfərdir


Bir ildə yaşananlar

:

Qəzəb, sevgi, mübarizə, həyəcan, səbr, ehtiyat, inamsızlıq, dəstək, qalibiyyət!


Dekabrın 5-də araşdırmaçı- jurnalist Xədicə ismayılın həbsindən 1 il ötür. Xədicə İsmayılın anası Elmira İsmayılova Xədicənin vəziyyəti, həbsi ilə bağlı suallarımıza cavab verir.


–  Elmira xanım, Xədicə cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra görüşə bilmisinizmİ? Vəziyyəti necədir?

– Hələ görüşməmişəm. Karantindədir, zəng etmişdi, deyir: “Yaxşıyam”.



Xədicə həmişə belə bir mesaj göndərir ki, “hər şey yaxşıdır. Möhkəm olun!”. Siz necə möhkəmsinizmi?

– Bəli, möhkəməm.



Beynəlxalq təşkilatların, Azərbaycan ictimaiyyətinin, insanların Xədicənin həbsinə münasibətini qənaətbəxş hesab edirsinizmi? Sizi qane edirmi?

– Beynəlxalq təşkilatların, Azərbaycan ictimaiyyətinin, insanların, azad medianın  dəstəyi, insan haqları uğrunda mübarizəsi indi mənə daha aydın görünür və ümidvericidir. Açıqda dəstəkləməyə çəkinən insanlar belə Xədicənin haqq söz, söz azadlığı, insan haqları uğrunda mübarizəsinə olan heyrətlərini mənə çatdırırlar. İnsan haqları bəşəri dəyərdir. İnsan haqları uğrunda mübarizəyə dəstək olan təşkilatlara, insanlara təşəkkür edirəm .

 Beynəlxalq təşkilatlar dinindən, irsindən, milliyyətindən asılı olmayaraq bu mübarizədə hər kəsə dəstək olurlar. Haqq uğrunda!





Dekabrın 5-i Xədicənin həbs olunmasından 1 il ötür.


Bu



bir



il


də nələr hiss etdiz


?

– Qəzəb, sevgi, mübarizə, həyəcan, səbr, ehtiyat, inamsızlıq, dəstək, qalibiyyət!



Hələ də Xədicənin adını müxtəlif qruplarla hallandıranlar var. Nardaran hadisələri ilə bağlı Azərbaycan mediasında gedən məlumatlarda Xədicə İsmayılovanın da adı çəkilirdi. Onun adını bu formada hallandıran adamlara nə demək istərdiniz?

– Əlbəttə ki, buna münasibətim mənfidir. Bunu söyləyənlər özləri də bilirlər ki, bu, yalandır, bunu deyənlər mənəviyyatını itirməkdə olan insanlardır. Onlara sözüm budur ki,  Xədicənin mübarizəsi sizin qəlbinizi isidir və yolunuza işıq saçır. Haqqı söyləməkdən çəkinməyin. Azad düşüncəniz, ruhunuz bu yolla qazanılmış bir parça çörəkdən üstündür. Həqiqəti görməyə, söyləməyə qorxmayın. Mənəviyyatınızı xilas etmək hələ də gec deyil!



Bəzi insanlar var ki, Xədicənin əsassız həbs olunduğunu bilsələr də, bunu deməyə çəkinirlər. “Gəmidə oturub gəmiçi ilə dava etmək olmaz”, “ Xədicəyə, bu, lazım idi?”, “ Xədicə kimə neylədi ki? Nə elədisə, özünə elədi” – deyənlər var. Yəqin sizə də yaxından-uzaqdan belə fikirlər söyləyənlər var. Maraqlıdır, cavabınız nə olur?

– Xədicə həmişə  deyirdi ki, mübarizəyə və nailiyyətlərə dəyər- doğru insan olmaq namınə, dəyərlər naminə”.  Özünə hesabat verən və vicdanının səsini dinləyən hər kəs bu yolla gedir, məncə.


–  Insanlara hansısa mesajınız varmı?

– Birləşib haqq yolunda mübarizə aparın! Bugünkü əziyyət, sabahkı zəfərdir.

Ana səhifəVideoElmira İsmayılova: Bugünkü əziyyət, sabahkı zəfərdir