Elmar Vəliyevin iş yeri açmaq təşəbbüsü aksiya ilə nəticələnib (VİDEO)


Gəncə sakinləri əmək yarmarkasında etiraz aksiyası keçiriblər

Fevralın 5-də Gəncə şəhərində  İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin təşəbbüsü ilə əmək yarmarkası təşkil olunub.

Tədbir  Yeni Azərbaycan Partiyasının binası yaxınlığında baş tutub.

Gəncə şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə,  tədbirə 2 minə qədər insan toplaşıb. Təklif olunan iş yerlərinin isə hamısı formal xarakter daşıyıb. İçəri girən şəxslər yarmarkada fəhlə, diplomsuz şəxslər üçün iş yerlərinin olmadığını deyiblər. Nəticədə bu hadisə insanlar arasında narazılığa səbəb olub. Şəhər sakinləri “istefa” şüarları səsləndirərək, etirazlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, yarmarkada olan Elmar Vəliyev dərhal ərazidən uzaqlaşdırılıb. Hadisə yerinə polis qüvvələri gəlib.  Onlar etirazçları həbs etmək istəyərkən müqavimətlə üzləşiblər. Sakinlər saxlanılan şəxsləri polislərin əlindən almağa cəhd etsələr də, mümkün olmayıb. Şəhər sakinlərinin bir neçəsi həbs edilərək bölməyə aparılıb.

Son məlumata görə, insanlar hələ də YAP-ın binası önündədirlər.


Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.



Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideoElmar Vəliyevin iş yeri açmaq təşəbbüsü aksiya ilə nəticələnib (VİDEO)