Yunis Səfərov və  Elmar Vəliyev

Mənbə: Foto: Meydan tv

Başlıq: Yunis Səfərov və Elmar Vəliyev

Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib

Onun və mühafizəçisinin güllələnməsilə bağlı cinayət işi məhkəməyə göndərildi

Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və mühafizəçisi, polis əməkdaşı Qasım Aşpazova sui-qəsddə təqsirləndirilən Yunis Səfərovun işi üzrə yaxın günlərdə məhkəmə başlayacaq. Baş Prokurorluğun yaydığı məlumata görə, cinayət işinin materialları dekabrın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu cinayət işində Y.Səfərovdan başqa daha 11 nəfər də təqsirləndirilən şəxs qismində tanınıb: Abdullayev Hamlet Ramiz oğlu, Əzizov Mahir Əziz oğlu, Əliyev Akif İsmayıl oğlu, Mustafayev Rasim Hafiz oğlu, Qurbanov Ceyhun Ələkbər oğlu, Zeynalov Firudin Etibar oğlu, Zalov Cəfər Mürsəl oğlu, Məmmədov Vüqar Vaqif oğlu, Salahov Ceyhun İsrayıl oğlu, Bağırov Anar İslam oğlu və Sərxani Ağa Hüseyn oğlu. Adları çəkilən şəxslər arasında elələri var ki, təqsirləndirilən şəxs qismində tanınsa da, özləri həyatda yoxdur. Məsələn, Anar Bağırov, Ağa Sərxani 2018-ci ilin yayında onların tutulması üçün keçirilən əməliyyat zamanı öldürülüblər.

Y.Səfərov və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bu maddələrdə qəsdən adam öldürməyə cəhd (29,120), quldurluq (181), terrorçuluq (214), cinayətkar birlik yaratma (218), qanunsuz silah-sursat saxlama (228), narkotik (234), sərhədi qanunsuz keçmə (318) və başqa əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Sabiq icra başçısı və mühafizəçi bu işdə zərərçəkmiş qismində tanınıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları Elmar Vəliyevi zərərçəkmiş qismində dindirmək istəsələr də, imtina edib. Sabiq icra başçısı ifadə vermək istəməyib. Deyib ki, səhhətindəki problemlərə görə ifadə verə bilməyəcək. Sağlıq durumuyla əlaqədar həkim rəyi də təqdim edə bilər.

İstintaqçılar da bununla razılaşıb.

Təqsirləndirilən Y.Səfərov isə istintaqa ifadəsində icra başçısının özbaşınalığına görə bu addımı atdığını söyləyib. O bildirib ki, Azərbaycanda dini dövlət qurmaq istəyi olmayıb. Dediyinə görə, o, hüquqi dövlətin tərəfdarıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kq7gdd

Ən çox baxılan