Elmar Vəliyev: Gəncədə Nardarana görə 82 nəfər tutulub

“Yerdə qalanlar qaçdılar və sonradan onların hamısı məsuliyyətə cəlb olundu”

Source:


“Yerdə qalanlar qaçdılar və sonradan onların hamısı məsuliyyətə cəlb olundu”

Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı Gəncə şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə toplantı keçirilib.

ANS PRESS-in məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin baçısı Elmar Vəliyev bildirib ki, bu təxribat Gəncədə hələ bir müddət əvvəl başlayıb. Oktyabrın 23-də Gəncənin Cümə məscidinə toplaşan bir qrup dindar asayişi pozaraq, dini ayin keçirmək adı altında ekstremist hərəkətlər edib, nəticədə hüquq-mühafizə orqanları tərəfindən həbs olunanlar olub.

“İnsanlara qarşı hörmətsizlik, hətta döymək, polisi vurmaq cəhdləri oldu. Sözsüz ki, bunların qarşısı alındı və 82 nəfər həbs olundu. Yerdə qalanlar qaçdılar və sonradan onların hamısı məsuliyyətə cəlb olundu. Bütün bunlar bizdə çox təəssüf doğurur” – deyə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.

Ana səhifəXəbərlərElmar Vəliyev: Gəncədə Nardarana görə 82 nəfər tutulub