”Elmar Məmmədyarovun Lavrova cavabı çox zəif, ehtiyatlı cavab hesab olunmalıdır”

İsa Qəmbər: ”Lavrovun fikirləri heç bir şəkildə məqbul sayıla bilməz”

Source:


İsa Qəmbər: ”Lavrovun fikirləri heç bir şəkildə məqbul sayıla bilməz”

“İmperialist dövlətin xarici işlər naziri

Sergey Lavrov

dan gözlənilən açıqlama idi. Eyni zamanda çox ehtiyatlı, qorxaq bir xarici siyasət yeridən dövlətin xarici işlər naziri kimi

Elmar Məmmədyarovun cava

bı da təəccüb doğurmamalıdır”.

Bu sözləri Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyir.

Bu barədə Meydan TV-yə danışan İsa Qəmbər bildirib ki, Sergey Lavrovun açıqlaması Rusiyanın imperialist dövlət siyasətinin davam etdirilməsinin açıq etirafıdır və Azərbaycana qarşı təcavüzkar niyyətlərin arxasında məhz Moskvanın dayandığının bir sübutudur:

“Bu baxımdan Lavrovun fikirləri heç bir şəkildə məqbul sayıla bilməz. Eyni zamanda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Lavrova cavabı çox zəif, ehtiyatlı cavab hesab olunmalıdır”.

Siyasətçi Azərbaycan hakimiyyətinin Rusiyadan qorxmasını belə şərh edir:

“Bir tərəfdən Rusiya aqressiv, təcavüzkar siyasətində dəfələrlə zorakılığa əl atmağa hazır olduğunu nümayiş etdirmiş dövlətdir. Digər tərəfdən, Azərbaycan hakimiyyəti xalqdan mandat almış dövlət deyil. Rusiyanın köməyilə hakimiyyətə gələn və hakimiyyətdə qalıb möhkəmlənən rejimdir. Ölkədəki korrupsiya, insan haqlarının pozulması, xalqa qarşı düşmən münasibət də hakimiyyətin mövqelərini daha da zəiflədir və xalqdan yox, xaricdən asılı bir duruma salır. Üçüncü səbəb hakim rejimin beynəlxalq birliklə münasibətləri pozması və zəiflətməsi faktiki olaraq Azərbaycanın təklənməsilə nəticələnib. Bu siyasət ölkəni bir növ Rusiyadan asılı vəziyyətə salır. Ona görə iqtidar Rusiya və İrana münasibətdə həddən artıq ehtiyatlı bir siyasət yeridir, nazir Məmmədyarovun cavabı da həmin ehtiyatlılığın təzahürü kimi qiymətləndirilə bilər”.

“ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurtsun “Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər” açıqlamasını son iki günün olayları fonunda necə qiymətləndirirsiniz” sualına İsa Qəmbər təəssüfləndiyini deyib:

“Beynəlxalq birlik Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Qarabağ probleminin həllində aktiv və ədalətli mövqe tutmur. Müəyyən həqiqətləri söyləyirlər, ancaq ondan uzağa getmirlər. Konfliktin həll olunmamasında beynəlxalq birliyin bilavasitə məsuliyyəti var. Beynəlxalq birliyin, Minsk Qrupunun yanaşmasında konflikti həll etməkdən çox konflikti idarə etmək hiss olunur. Ona görə də onların zaman-zaman Moskvanı şirnikləndirən açıqlamalar verməsi vəziyyəti daha da mürəkkəbləşirir”.

Ana səhifəXəbərlər”Elmar Məmmədyarovun Lavrova cavabı çox zəif, ehtiyatlı cavab hesab olunmalıdır”