Elmar Məmmədyarov: “Azərbaycan seçkilərə müşahidəçilər dəvət etmək məsələsini hələlik həll etməyib”

“Böyük təəssüflə deyim ki, bəzi beynəlxalq təşkilatların tətbiq etdikləri bəzi standartlar dövlətləri “yaxşı” və “pis”ə ayırıb”

Source:


“Böyük təəssüflə deyim ki, bəzi beynəlxalq təşkilatların tətbiq etdikləri bəzi standartlar dövlətləri “yaxşı” və “pis”ə ayırıb”

“Rossiya-24” telekanalının “Azərbaycan 2015-ci ilin noyabrında keçiriləcək parlament seçkilərinə rusiyalı müşahidəçiləri dəvət etmək niyyətindədir?”  sualının cavabında Azərbaycan XİN rəhbəri Elmar Məmmədyaov deyib ki,  hələlik bu məsələ müzakirə edilmir.

“Bilmirəm, seçkilərə hələ çox var, müşahidəçilərlə bağlı nə etmək lazım olduğunu müzakirə edəcəyik”, – o bildirib.

Sonra o işarə edib ki, xarici müşahidəçilərin seçkiləri monitorinq etməsi Bakını əsəbiləşdirir və onun  üçün başağrısı yaradır.

“Böyük təəssüflə deyim ki, bəzi beynəlxalq təşkilatların tətbiq etdikləri bəzi standartlar dövlətləri “yaxşı” və “pis”ə ayırıb”, – nazir vurğulayıb.

Azərbaycanı tənqid edənlər səsvermə zamanı bir nəfərin seçki qutusuna 12 bülleten atması kimi “gülünc dəlillər axtarırlar”.

“Lakin məsələ tənqiddə deyil, 1990-cı ildən sonra demokratik islahatlar kontekstində qurulmuş sistemin özündədir. Bu, artıq özünü doğrultmur. Bir qədər toxunulmaz hesab olunan dövlətlər müəyyən edib k, onlar da istədikləri kimi hərəkət edirlər, özlərinə sərf etdiyi kimi tənqid etmək üçün başqa ölkələr var. Ona görə də daha effektiv olan sistemin özünü düşünmək lazımdır”, – nazir qeyd edib.

Ana səhifəXəbərlərElmar Məmmədyarov: “Azərbaycan seçkilərə müşahidəçilər dəvət etmək məsələsini hələlik həll etməyib”