Elmar Məmmədyarov: “Avropa İttifaqı ortaya qəti mövqe qoymalıdır”

““Status kvo” dəyişdirilməli, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”

Source:

““Status kvo” dəyişdirilməli, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən

APA

-ya verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər.

Azərbaycanın Aİ-yə üzv əksər dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğunu bildirən E. Məmmədyarov Aİ ilə də strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq və TAP vəTANAP layihələrinin əhəmiyyəti qeyd olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların cari vəziyyəti haqqında məlumat verən nazir digər Avropa institutları kimi Aİ-nin də münaqişə ilə bağlı qəti mövqeyinin ortaya qoyulmasının vacibliyini söyləyib.

Mövcud “status kvo”nun qeyri-davamlı və qəbuledilməz olduğunu deyən E. Məmmədyarov əlavə edib ki, “status kvo” dəyişdirilməli, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

E. Məmmədyarov işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli nəticəsində regional inkişaf üçün yeni imkanların yaranacağını diqqətə çatdırıb.

Görüş zamanı tərəflər Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” təşəbbüsünün növbəti sammitinin əhəmiyyətini vurğulayıb, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Ana səhifəXəbərlərElmar Məmmədyarov: “Avropa İttifaqı ortaya qəti mövqe qoymalıdır”