Elmar Hüseynovun qətlindən 10 il ötür(VİDEO)

Martın 2-də “Monitor” jurnalnın baş redaktoru Elmar Hüseynovun vəfatından 10 il ötür. Bu münasibətlə, bu gün səhər saatlarında mərhumun yaxınları, jurnalist dostları və ictimai-siyasi şəxslər onun məzarını ziyarət ediblər. Jurnalistin qəbri önündə çıxış edənlər onun haqqında xatirələrini bölüşüblər. Onlar mərhumun ötən il vəfat edən atasını da yad ediblər.

 Milli Şuranın sədri Cəmil Həsənli çıxışında deyib ki,  Elmar Hüseynovun qatilinin tapılması üçün siyasi iradə lazımdır.

 Müsavat Partiyasının başqanı Arif Hacılının sözlərinə görə,  jurnalistin qatilinin tapılmaması onun ölümünün sifarişini indiki hakimiyyətin verdiyini bir daha təsdirləyir.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər çıxışında deyib ki,  bu gün də  qətlin sifarişçisinin İlham Əliyev olduğu qənaətindədir.

 AXCP sədri Əli Kərimli Elmar Hüseynovun qətlinin azad sözü boğmağa hesablandığını bildirib.

Jurnalist İlhamiyyə Rza çıxışında deyib ki, o, 10 il əvvəl canlı yayında Elmar Hüseyinovun qətli ilə bağlı veriliş aparsa da, indi bu, mümkünsüz görünür.

 «Monitor» jurnalının təsisçisi və baş redaktoru


Elmar Hüseynov


 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən qətlə yetirilib. Üzərindən 10 il keçməsinə baxmayaraq, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ana səhifəVideoElmar Hüseynovun qətlindən 10 il ötür(VİDEO)