Elmar Hüseynov anıldı

“Qatilinin tapılması üçün ölkədə hakimiyyət dəyişikliyi olmalıdır”

Source:


“Qatilinin tapılması üçün ölkədə hakimiyyət dəyişikliyi olmalıdır”


Martın 2-də “Monitor” jurnalistinin baş redaktoru Elmar Hüseynovun vəfatından 10 il ötür. Bu münasibətlə, bu gün səhər saatlarında mərhumun yaxınları, jurnalist dostları və ictimai-siyasi şəxslər mərhumun məzarını ziyarət ediblər. Meydan TV əməkdaşının məlumatına görə, jurnalistin qəbri önündə çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, 10 il əvvəl ölkə prezidenti qatilin tapılacağını desə də, hələ də hadisəni törədənlər azadlıqdadır.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyib ki, jurnalistin qatilinin tapılması üçün ölkədə hakimiyyət dəyişikliyi olmalıdır.

Elmar Hüseynov 2005-ci il, martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən qətlə yetirilib.

Ana səhifəXəbərlərElmar Hüseynov anıldı