Elman Rüstəmov: ”Qara bazar”a qarşı mübarizə başlayıb

Mədət Quliyev: Bu istiqamətdə araşdırmalar aparılır, şübhəli şəxslər var

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Mədət Quliyev: Bu istiqamətdə araşdırmalar aparılır, şübhəli şəxslər var

“Əlaqədar orqanlar “qara bazar”la ciddi mübarizə aparır. Yaxın günlərdə “qara valyuta bazarı” ilə mübarizənin real nəticəsini görəcəyik”, – Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun sözləridir.

Modern.az yazır ki, E.Rüstəmov “qara bazar”a qarşı ciddi mübarizə apardıqlarını deyib:

“Buna qarşı Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və müvafiq hüquq-mühafizə orqanları çox ciddi iş aparır. Bu gün “qara bazar”la rəsmi məzənnə arasındakı cüzi fərqi görürüksə, bu, məhz mübarizənin nəticəsidir”.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev isə deyib ki, “qara bazar”la bağlı proseslər bütün dünyada gedir. Azərbaycanda hər bir proses açıq şəkildə həyata keçirilir. Təbii ki, burada da “qara bazar” var idi”.

DTX rəisi bildirib ki, ölkə prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib: “Bu istiqamətdə araşdırmalar aparılır, şübhəli şəxslər var” (APA).

Ana səhifəXəbərlərElman Rüstəmov: ”Qara bazar”a qarşı mübarizə başlayıb