Elman Rüstəmov: ”Manatın yeni məzənnəsi aqrar sektorun inkişafına geniş imkanlar açır”

Vahid Məhərrəmov: ”Manatın dəyərdən düşməsi nə kənd təsərrüfatını stimullaşdırır, nə istehsal olunan məhsulu rəqabət qabiliyyətli edir”

Source:
Elman Rüstəmov


Vahid Məhərrəmov: ”Manatın dəyərdən düşməsi nə kənd təsərrüfatını stimullaşdırır, nə istehsal olunan məhsulu rəqabət qabiliyyətli edir”

“Manatın yeni, daha tarazlı və ədalətli məzənnəsi ixracın təşviqi və idxalın əvəzlənməsinə, xüsusən də ölkədə məşğulluğun təxminən 40 faizini təmin edən aqrar sektorun inkişafı üçün xüsusilə geniş imkanlar açır”.

Bu açıqlamanı Mərkəzi Bankının (MB) sədri Elman Rüstəmov Neftçala rayon ictimaiyyəti ilə görüşündə bildirib.

Onun sözlərinə görə, həyata keçirilən yeni nəsil struktur islahatları ilə birlikdə əlverişli məzənnə aqrar sektorun istehsal və ixrac potensialının tam üzə çıxmasında mühüm rol oynayacaq.

Baş bankir onu da əlavə edib ki, ölkə prezidentinin birbaşa nəzarəti və tapşırığı ilə inflyasiya və süni qiymət artımları ilə bağlı ciddi mübarizə aparılır:

“Eyni zamanda, hökumətin və Mərkəzi Bankın başlıca vəzifələrindən biri qiymət və maliyyə sabitliyini qorumaqdır. Ölkə Prezidentinin birbaşa nəzarəti və tapşırığı ilə inflyasiya ilə, xüsusilə də bəzi işbazlar tərəfindən süni qiymət artımları ilə ciddi mübarizə aparılır.

“Başlanmış bank islahatları da start götürən struktur islahatlar ilə birlikdə ümumilikdə ölkə iqtisadiyyatının, o cümlədən regionların yeni keyfiyyətdə inkişaf etməsinə əhəmiyyətli töhfə verəcək. Bank islahatları imkan verəcəkdir ki, perspektivdə bank sisteminin resurs bazası güclənsin və iqtisadiyyatı kreditləşdirmək imkanları artsın”.

Baş bankirin aqrar sektorla bağlı fikirlərini Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib ki, görünür, hökumət manatın dəyırdın düşməsini ictimaiyyətə yaxşı hal kimi təqdim etmək istəyir: “Guya, hökumət bununla iş görüb, iqtisadiyyatın inkişafında maraqlıdırlar. Amma hökumətin manatı uzun müddət saxlaya bilməməsi artıq fktdır. Neft gəlirləri azaldığından və iqtisadiyyat zəiflədiyindən manat dəyərdən düşdü. Bu mənada Rüstəmovun manatın dəyərdən düşməsiylə kənd tədərrüfatının inkişaf edəcəyini söyləməsi nə bir məntiqə sığır, nə də iqtisadi əsası yoxdur”.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov hesab edir ki, manat iqtisadiyyatın zəifliyi səbəbindən dəyərdən düşüb: “Bundan əlavə Azərbaycanda kənd təsərrüfatı mallarına olan asılılıq idxaldan artmayıb, həm də daxildə istehsal olunan məhsulların istehsalı zamanı istifadə olunan vasitələr də xaricdən də gətirilir. Ona görə də manatın dəyərdən düşməsi nə kənd təsərrüfatını stimullaşdırır, nə istehsal olunan məhsulu rəqabət qabiliyyətli edir. Səbəb də gətirilən məsulların valyutayla əldə olunmasıdır. Belə olan halda həmin istehsal vasitələri manatla ifadədə daha başa gəlir. Yəni nə qədər manat dəyərdən düşübsə, bir o qədər də artıq fermerlər manatla vəsait xərcləməli olurlar. Bununla məhsul baha başa gəlir, rəqabət qabiliyyətli olmur və ümumilikdə aqrar sektorun inkişafına səbəb olmur”.

Ana səhifəXəbərlərElman Rüstəmov: ”Manatın yeni məzənnəsi aqrar sektorun inkişafına geniş imkanlar açır”