Elman Rüstəmov: Manatın kəskin ucuzlaşmasını və yaxud bahalaşmasını istəmirik

Nazim Bəydəmirli: ”Prosesin inzibati yollarla tənzimlənməsinin tərəfdarı deyiləm”

Source:


Nazim Bəydəmirli: ”Prosesin inzibati yollarla tənzimlənməsinin tərəfdarı deyiləm”

Mərkəzi Bankın sədri Elman Rüstəmov 2017-ci ildə ölkədə pul kütləsində ən çox dəmir pullarda artımın olduğunu

bildirib

.

Baş bankir hesab edir ki, iqtisadiyyatda dəmir pullara ehtiyac böyükdür:

“Buna görə, əlavə sifarişlərlə iqtisadiyyatı dəmir pullarla təmin edirik”.

Elman Rüstəmov dolların məzənnəsinin indiki durumu barədə

deyib

ki, Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində qalması AMB-nin “üzən məzənnə” rejimindən imtina etməsi demək deyil.

Manatın dollara olan indiki nisbəti 2017-ci il dekabrın 13-dən dəyişməyərək, sabit qalıb.

“AMB valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir. Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşmasını və yaxud bahalaşmasını istəmirik. Odur ki, məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edilir. Tənzimləyici qurum az volatilli sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcədə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda AMB valyuta hərraclarında dollar alıb-satmır”.

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, dəmir pullara ehtiyacın artması ölkədə nağdsız ödənişlərlə bağlı strateji hədəflərə çatılmadığını göstərir.

Yəni “kölgə iqtisadiyyatı” yenə də qalmaqda davam edir və nağdsız ödənişlərin stimullaşdırılması yetərincə deyil. Bu, artıq bir etirafdır. Əgər Elman Rüstəmov desəydi ki, dövriyyədə pul kütləsinin azalması prosesi gedir, bunu müsbət qarşılamaq olardı. Deməli, şirkətlər, fiziki və hüquqi şəxslər daha çox nağdsız ödənişlərə üstünlük verirlər, bu şəffaflığı artırır və nəticə etibarı ilə “kölgə iqtisadiyyatı”nın çərçivəsini azaldır.

“Əslində, mən 1 manatlıq dəmir pulların dövriyyəyə daha çox buraxılmasının tərəfdarıyam. Bu, kağız pullara olan xərcləri də azaldar. Çünki dəmir pullar daha çox işlənir, utilizasiya olunmağına çox da ehtiyac qalmır”, – deyə Bəydəmirli söyləyib.

Nazim Bəydəmirli

Sabiq deputatın sözlərinə görə, baş bankirin “manatın kəskin ucuzlaşmasını və yaxud bahalaşmasını istəmirik” açıqlaması qəbul ediləndir:

“Belə olan şəraitdə kəskin ucuzlaşma, kəskin bahalaşma iqtisadiyyatda ziqzaq proseslərinə start verir və bu, proqnozlaşmanı çətinləşdirir və sahibkarların risklərini artırır. Bu istiqamətdə addımlar atılmalıdır. Ancaq prosesin inzibati yollarla tənzimlənməsinin tərəfdarı deyiləm. Əslində, inzibati metodlar təhlükəlidir, iqtisadiyyatın şaxələnməsi, ucuz maliyyə resurslarına çıxışın artırılması ilə bağlı Mərkəzi Bank hökumətə tövsiyyələrini verməli və birgə problemləri həll etməlidirlər.

Bu gün uçot faizini 13-ə endiriblər, amma həmin faizlə manat götürən kommersiya bankı ən azı 18-20 faizlə sahibkara verə bilər. Belə olanda sahibkarlığın rəqabətliliyini artıra bilməz. Əgər Elman Rüstəmov manatın daha sabit olduğunu deyirsə, onun uçot dərəcəsini daha aşağı salmalıdırlar ki, real sektora vəsait vermək mümkün olsun və sahibkarlar faydalansınlar”.

Ana səhifəXəbərlərElman Rüstəmov: Manatın kəskin ucuzlaşmasını və yaxud bahalaşmasını istəmirik