Elman Rüstəmov: Çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır

Natiq Cəfərli: Açıq deyin ki, məzənnəni saxlaya bilmirik, bir müddət sonra yavaş-yavaş manat ucuzlaşacaq

Source:


Natiq Cəfərli: Açıq deyin ki, məzənnəni saxlaya bilmirik, bir müddət sonra yavaş-yavaş manat ucuzlaşacaq

“Yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb”.

 ”

APA

-Economics”in məlumatına görə, bunu Azərbaycan

Milli Məclis

inin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri

Elman Rüstəmov

deyib.

Onun sözlərinə görə, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 mlrd. dollar olub: “Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir”.

Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 mlrd. dollar olduğunu deyən E. Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib.

Baş bankir əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: “Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir.

E.Rüstəmov  bildirib ki, qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq: “2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq”.

İqtisadçı Natiq Cəfərli baş bankirin açıqlamasını Facebook səhifəsində özünəməxsus şəkildə şərh edib: “Cənablar, nə özünüzü, nə də bizi altadmayın, ölkədə manatın “üzməsi” üçün “su hövzesi” yoxdu. Yəni qiymətli kağızlar bazarı yox, valyuta birjası yox, valyuta gətirən şirkətlər yox, iqtisadi azadlıqlar yox, normal iqtisadi model yox. Yalnız bir borudan sallanıb asılı qalan bir modeldə manat nece “üzecek”? Bu yazıq manata “üzməyi” siz nə vaxt öyrətdiniz ki, indi onu “suya” buraxırsınız? Manat “üzməyi” bacarmır, buna görə də “batacaq”, açıq deyin ki, məzənnəni saxlaya bilmirik, bir müddət sonra yavaş-yavaş manat ucuzlaşacaq”.

Ana səhifəXəbərlərElman Rüstəmov: Çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır