Elman Nəsirov: Radikal qruplar uşaqpulu mövzusundan istifadə edirlər

“Cəmiyyət, insanlarımız görsün ki, uşaqpulu verilir”.

Source: google.az


Deputat Azərbaycanda 600 min uşağa müxtəlif adlar altında müavinət verildiyini bildirib

“Uşaqpulu mövzusu yenə də gündəmdədir, bəzən radikal qruplar bundan istifadə edirlər”.

Deputat Elman Nəsirov parlamentdə çıxışı zamanı belə deyib.

O qeyd edib ki, uşaqpulu məsələsi hökumətdə və parlamentdə müzakirə edilsə də, yekun qərara gəlinmədi:

“Təklif edirəm ki, parlamentin müvafiq komitələri işçi qrupu yaradaraq uşaqpulu məsələsini araşdırmalı, bu sahədə hansı addımların atılmasının mümkünlüyü haqqında düşünməlidir. 2000-ci ilə qədər Azərbaycanda “uşaqpulu” adı altında 2 manat ödənilirdi, indi 14 növ müavinət verilir, 600 min uşağa müxtəlif adlar altında müavinət verilir. İnanın ki, bundan sonra 20 növ müavinət verilsə də, yenə “uşaqpulu verilmir” deyəcəklər”.

Deputat əlavə edib ki, 18 yaşına qədər uşaqların sayının 2 milyon 700 mindən çox olması pul ödənilməsini çətinləşdirir. O vurğulayıb ki, bəlkə 0-3 yaş arasında olan uşaqlara uşaqpulunun ödənilməsi məsələsinə baxıla bilər:

"Cəmiyyət, insanlarımız görsün ki, uşaqpulu verilir”.

Ana səhifəSosialElman Nəsirov: Radikal qruplar uşaqpulu mövzusundan istifadə edirlər