Əliyevlərin və Heydərovların adları Maltada biznes qalmaqalına bulaşıb

Biznes sövdələşməsində Malta rəhbərliyində təmsil olunan siyasətçilərin də adları var

Source:
İlham Əliyev və Kəmaləddin Heydərov
İlham Əliyev və Kəmaləddin Heydərov


Biznes sövdələşməsində Malta rəhbərliyində təmsil olunan siyasətçilərin də adları var

2015-ci ildə Maltada fəaliyyət göstərən “Mossak Fonseka”nın agenti olan audit firması “Nexia BT” Maltanın Baş nazirinin aparat rəhbəri və enerji nazirinə Panamada xidmətlər göstərib – yeni ofşor şirkətlər qeydiyyatdan keçirib.

Bu şirkətlər İran azərbaycanlısı, hazıda isə Dubayda yaşayan Manuçehr Əhədpur Xangaha məxsus olub.

“Malta Today”

yazır ki

, 63 yaşlı polo həvəskarı və poker oyunçusu, “Az Group” şirkətlər qrupunun rəhbəri olub.

“Az Group”un fəaliyyəti qida, plastik məhsullar, taxta-şalban və tikinti materialları sənayesini əhatə edir.

Xangah Azərbaycanı idarə edən Əliyevlər ailəsinə yaxın milyonçudur.

“Wikileaks”in yaydığı ABŞ diplomatik sənədlərində onun xüsusilə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxın əlaqələrinin olduğu qeyd olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin 2010-cu ildə Azərbaycanın ən güclü ailələri haqqında verdiyi həmin məlumatlarda, Xangahın Kəmaləddin Heydərovun övladları ilə biznesinin olduğu deyilir.

“Wikileaks” sənədlərində Xangahın Heydərovlar ailəsinə məxsus olan holdinqin siması olduğu qeyd olunub.

Manuçehr Əhədpur Xangah və İlham Əliyev
Manuçehr Əhədpur Xangah və İlham Əliyev

Bildirilir ki, Kəmaləddin Heydərov oğulları Nicat və Taleh Heydərovlar hər birinin dəyəri 20 mln. dollar olan iki “Gulfstream” təyyarəsi almaq istəyiblər. “Gulfstream”lər üzərində sahibkarlıq hüququ Heydərovlara məxsus, Dubayda qeydiyyatdan keçən “Shams al Sahra” şirkəti və Xangah arasında bölünməli imiş.

“Shams al Sahra” şirkətinin də oxşar halqası var: Karuana Qalizia iddia edir ki, “Shams al Sahra FZCO” şirkətindən Leyla Əliyevanın adından “Egrant” şirkətinə pul köçürülüb. “Times”ın sualına cavab olaraq Baş nazirin aparat rəhbəri Keyt Skembri “Facebook” səhifəsində Xangaha işarə edərək, Heydərovları təmsil edən şəxslə tanış olmadığını bildirib.

Xanganın Maltadakı fəaliyyəti suallar yaradıb.

2015-ci ildə “Nexia BT” Xangah üçün tanmış bəstəkatların adlarını (Bax, Bethoven, Mozart, Puccini, Verdi və Vivaldi) özündə əks etditrən altı törəmə şirkətlə birlikdə “Mulsanne Investments” şirkətini açıb. Bu şirkətlərin hamısı Maltada qeydiyyatdan keçirilib.

Malta Maliyyə Xidmətləri İdarəsinin məlumatlarında göstərilir ki, bu şirkətlərin hesabları “Pilatus” bankda açılıb.

Bundan başqa, şirkətlər 2015-ci ilin yanvarında açılıb və dekabrın 15-də bir ildən çox az müddət fəaliyyət göstərəndən sonra bağlanıb. Əks halda şirkətlər qanunla müəyyən olunmuş formada aidiyyəti qurumlara audit sənədi təqdim etməli idi.

Audit sənədinin təqdim olunmamasının yeganə yolu şirkətlərin ləğvi olub.

“Mulsanne Investments”in hesabında pul olduğu göstərilməsə də, şirkətin 627,189 avro ziyan çəkdiyi göstərilib.

Bu itki Xangah tərəfindən kompensasiya olunub.

Bu məbləğə aid olan xərcləmələr haqqında detallı məlumat verilmir.

“Mulsanne Investments”in törəmə şirkətlərinin hər biri 8.373 avro zərər düşüb.

“MaltaToday” Brian Tonna Xangah haqqında suallar ünvanlayıb. Ancaq o bildirib ki, qanuna müvafiq olaraq müştəriləri haqqında məlumat vermir.

“MaltaToday” yazıb ki, Malta maliyyə dünyasının adının AŞPA-da italiyalı deputatla kürü diplomatiyasına bulaşan ölkə ilə birlikdə çəkilməsi suallar yaradır.

Xangahın “Mulsanne”nin törəmə şirkətlərinə Bax, Bethoven, Mosart, Puccini, Verdi, Vivaldi adları qoyacaq dərəcədə klassik musiqini sevməsi haqqında məlumat yoxdur.

Amma onun Kəmaləddin Heydərovla əlaqələri fövqəladə hallar nazirinin Azərbaycan müğənniləri tərəfindən oxunan və hitə çevrilən mahnılara musiqi yazması faktını diqqət mərkəzinə gətirir.

Ana səhifəXəbərlərƏliyevlərin və Heydərovların adları Maltada biznes qalmaqalına bulaşıb