Əliyevlərin qeydiyyatda olduğu ünvanda iki şirkət sənədləşdirilib

50 min manatlıq nizamnamə kapitalı olan şirkətlərin direktorlarının kimliyi bilinmir

Source:


50 min manatlıq nizamnamə kapitalı olan şirkətlərin direktorlarının kimliyi bilinmir

Vergilər Nazirliyi cəmiyyətə məlum olan S.Vurğun,7 ünvanında daha 2 şirkəti qeydiyyata alıb.

Vergilər Nazirliyinin 21 may tarixli mətbu orqanında gedən məlumata görə, “Klovan” və “Callina” şirkətləri 50 000 manat nizamnamə kapitalına malikdir. Bu şirkətlərin direktorlarının adı açıqlanmır. Hərçənd həmin gün (1 aprel) qeydiyyata alınan şirkətlərin qanuni təmsilçilərinin adı var. Vergilər Nazirliyinin məlumat bazasında bu şirkətlər barədə məlumat yoxdur.

Bir neçə il əvvəl “Turan İA” MSK-nın məlumatları əsasında qeyd etmişdi ki, Bakıda S.Vurğun,7 ünvanında prezident İlham Əliyevin ailə üzvləri qeydiyyatdadır.  Həmin ünvanda ailəyə məxsus bir neçə şirkət qeydiyyata alınıb. Məsələn, “Ador” MMC bir neçə kommersiya bankı və sənaye-investisiya şirkətinin həmtəsisçisidir. Maraqlıdır ki, Vergilər Nazirliyinin elektron məlumat bazasında bu şirkətlər haqda məlumat verilmir.

2012-ci ilin iyunundan Azərbaycan qanunvericiliyinə yeni norma daxil edilib: kommersiya şirkətlərinin təsisçiləri və onların pay iştirakı barədə informasiyaların açıqlanması qadağandır. Bu, KİV-də Əliyevlər ailəsi və onların ətrafının çoxsaylı şirkətləri barədə məlumat yayılandan sonra baş verdi. 2005-ci ildən dövlət qulluqçularının gəlirlərinin bəyan edilməsi haqqında qanunvericilik norması  («Korrupsiya ilə mübarizə haqqında» qanun) olsa da, Azərbaycan Avropa Şurasının nadir ölkələrindəndir ki, bu tələb yerinə yetirilmir. Nəticədə hakim nomenklatur oliqarxiya biznesin nüvəsinə çevrilib.

Ana səhifəXəbərlərƏliyevlərin qeydiyyatda olduğu ünvanda iki şirkət sənədləşdirilib