Müəllif: Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin heyəti
İlham Əliyevin ailəsi Londonda dəyəri 25 milyon ABŞ dollarından artıq olan 10500 kvadrat futluq (975,5 kvadrat metr) saraya malikdir.
Ev “Hampstead Lane” xiyabanında , Şimali Londonun yaşıllıqla örtülü küncündə yerləşir. Bura mərkəzi Londonun turist zonasının hay-küyündən uzaq, gözəl bir oazisdir. Qırmızı kərpicdən hörülmüş bina zəhmli təhlükəsizlik darvazasının arxasında yerləşir. Qalın hasarlar onu maraqlı baxışlardan gizlədir. Onun geniş pəncərələrində pərdələr aşağı salınıb. Həyətə girən cığırsa boşdur, ora yalnız köhnə Fiat Puntoda xidmət personalı gəlib-gedir.
Bura köhnə, amma həm də zəngin bir ərazidir.
Düz yolun o biri tərəfində dəbdəbəli “Kenwood House” durur. Bu nəhəng toy tortuna bənzəyən bina 17-ci əsrdə tikilib və vaxtilə Mənsfildin birinci qrafı olan Uilyam Murreyə məxsus olub. O, landşaftı böyük romantik ingilis şairi Con Kitsə ilham vermiş, bir növ vəhşi şəhər parkı olan Hampstead ağaclığının dərə-təpəli ənginliyinə yuxarıdan aşağı baxır.
Yaxınlıqda yerləşən cazibədar kəndlərdə, “Belsize Park” və “Hampstead” Britaniya liberal mədəni səhnəsinin böyük və gözəl xadimləri olan Liam Gallagher və Benedict Cumberbatch kimi insanların evləri var. Son illərdə, bu buranın çoxdankı sakinlərini məyus etsə də oliqarxlar bu ərazidə bahalı mülkiyyəti satın alıblar. Evlərin qiymətlərinin elə təkcə 2013 və 2014-cü illər arasında 26 faiz qaldığı çiçəklənən London daşınmaz əmlak bazarında bu evlər super varlılar üçün fantastik investisiyadır.
Ev 1998-ci ildə, hələ Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti olduğu vaxt alınıb. Alış qiymətinin nə qədər olduğu, yaxud onun o vaxt nə qədər maaş aldığı məlum deyil.
Onu tikən memarlar tərəfindən “Yaşıllıqda saray” adlandırılan Hampstead Xiyabanındakı evin torpaq reyestr qeydləri göstərir ki, o, “Beckforth Services Limited” şirkətinə məxsusdur. Bu şirkətsə öz növbəsində Əliyevlərə aiddir və ofşor cənnəti olan Isle of Man adasında qeydiyyatdan keçib.
Bu gün İlham Əliyev Azərbaycanın Prezidentidir və Yaşıllıqda Saray Bakı və Moskvada da evləri olan Əliyev ailəsinin çoxsaylı iqamətgahlarından yalnız biridir.
Bu gün Əliyevin prezident maaşı təqribən ildə 230000 ABŞ dolları təşkil edir və bu maraqlı bir sual doğurur: o Londonun ən bahalı yerlərindən birində bu qədər böyük evə necə malik ola bilir?
Prezident Əliyev haqlı olaraq deyə bilər ki, Yaşıllıqda Saray artıq onun evi deyil, çünki “Beckforth Services Limited” şirkətinin sənədləri göstərir ki, o və onun xanımı Mehriban Əliyeva 2010-cu ildə öz səhmlərini böyük qızları Leyla Əliyevaya ötürüblər və o, hazırda yeganə səhmdardır.
Sənədlərdə əməliyyat zamanı əldən-ələ keçən hər hansı pul barədə məlumat yoxdur.
Amma Beckforth-un qeydləri başqa bir maraqlı anormallığı üzə çıxarır: böyük Əliyevlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ünvanını öz şəxsi ünvanları kimi göstəriblər.
Haqqında söhbət gedən London ərazisi və ev gözəl olsa da onun sahibləri bir o qədər də gözəl olmayıblar. Yüksək keyfiyyətli memarlıq şirkəti olan “SHH” şirkətinin internet səhifəsində deyilir ki, mülk satışdan əvvəl təzəcə yenilənmiş olsa da şirkətə mülkü böyütmək və yenidən dekorasiya etmək tapşırılıb.
Memarlar iddia edirlər ki, onların müştərisi, “Orta Asiyadan olan diplomat ailəsi” mülkə “xüsusən də giriş ərazisində möhtəşəmlik havası” verilməsini istəyib. Əliyevlərin israrla “Cote d’Azur regionuna aid fransız memarlığından təsirlənən və bu interyerə xüsusi çalar qatan” dizayn istədikləri deyilir.
Londonun “Haringey” diyarının planlaşdırma idarəsi qeydlərində göstərilir ki, Əliyevlərin “Beckforth Services Limited” şirkəti SHH şirkətinə “Hampstead”dəki evdə “arxitektur təmir” işləri ilə məşğul olmaq həvalə olunub. Bura
əsas hissəni genişləndirmək
və yeraltı parkinq liftləri düzəltmək də daxildir.
Əiyevlərin evinin yerləşdiyi ərazi Londonun ən zəngin ərazilərindəndir. Arsenal futbol klubunun sahiblərindən biri olan Alişer Usmanovun
bir tin aşağıda
2008-ci ildə 50 milyon funta (76 milyon dollar) aldığı malikanəsi də var.
Əliyevlərin London mülkünün dəqiq qiyməti aydın olmasa da, onların üzbəüz qonşularının evi iki il əvvəl
26 milyon dollardan
baha olub. Çox güman ki, “Hampstead” sarayı “SHH” şirkəti tərəfindən həyata keçirilən təmir işlərindən sonra bu qiymərdən xeyli baha olacaq. “SHH” şirkətinin müştəriləri arasında
zəngin səudiyyəlilər
və moda
dizaynerləri
də var.
Isle of Man adasındakı şirkət
Əliyevlər 1998-ci ildə Hampstead sarayını birbaşa almayıblar. Onu əldə etmək üçün “Beckforth Services Limited”dən
istifadə ediblər
.
Zəngin şəxslər bəzən mülkiyyət sənədlərinə adlarının qeyd olunmamasını təmin etmək üçün mülk alan zaman belə şirkətlərdən istifadə edirlər. Lakin “Beckforth Services”-in sənədlərində aydın göstərilir ki, onun həqiqi sahibləri Əliyevlərdir və Azərbaycan prezidenti və onun xanımı
SOCAR-ın baş qərargahı
olan “Neftçilər prospekti, 73” ünvanını öz şəxsi ünvanları kimi göstəriblər.
“Beckforth Services Limited” maraqlı şirkətdir. O, “Isle of Man” adasında
kazino-qumar lisenziyalarının
qeydiyyatının böyük hissəsi ilə məşğul olur və zəngin müştərilərə yaxta və təyyarə xidməti də göstərir.
Ola bilər ki, “Beckforth Services Limited” şirkəti işlətmək üçün əslində bu biznesə aidiyyatı olmayan “namizəd” direktorlardan, marionet şəxslərdən istifadə etmiş olsun. Beckforthun direktorlarından biri Britaniya Vest-İndiyasında yerləşən “Nevis” adasında yaşayan
Edward Petre-Mears
adlı şəxsdir.
Onun yoldaşı və biznes partnyoru olan Sarah adlı xanımı “The Guardian” qəzeti 2012-ci ildə “
yalançı direktor
” adlandırıb. Sarah Petre-Mears haqqında məqalənin çıxmasından cəmi bir neçə həftə sonra Edward Əliyevlərin şirkətinin direktorluğundan istefa verib və “SMP Partners”in
müştəri xidmətləri meneceri
olan
Annette Heathlə
əvəz olunub.
“Yüksək xalis varlı ailə”
1997-ci ildə
Əliyevlərin şirkətinin ilk direktoru
Joel Steinhart adlı mühasib olub. Onun
LinkedIn profilində
deyilir ki, o, “yüksək xalis varlı ailələrə müştəri xidmətləri” təklif edir və “az sayda yüksək xalis varlı fərdi müştərilərə” xidmət göstərir.
“Beckforth Services Limited”i yaradan və idarə edən “SMP Partners” həm də “ailə aktivlərini qorumaq… və sərvəti optimallaşdırmaq istəyən özəl müştərilərə” xidmətlər təklif edir və “müştərilərin 6 milyard dollardan çox etibarlı aktivlərini idarə edir”.
Prezident və onun xanımının “yüksək xalis varlı” şəxs, yaxud sahibkar olmamalı olduğunu nəzərə alsaq “Beckforth Services” və sərvətin idarə olunması arasında əlaqələrin mövcudluğu problemlidir. Yuxarıda deyildiyi kimi, İlham Əliyevin illik maaşı 230000 ABŞ dollarıdır. Azərbaycan qanunlarına görə isə onun və Mehriban Əliyevanın şəxsi bizneslərinin olması qadağandır.
Lakin, elə təkcə bu London nümunəsində onların hədsiz dərəcədə bahalı mülkə sahib olması və lüks dərəcəli memarlıq şirkətinin xidmətlərindən istifadə etməsi onu göstərir ki, prezidentin ailəsi onların üzdə olan gəlir mənbələrinin imkan verdiyindən qat-qat daha çox pul xərcləyirlər.