”Əliyevlər rejimi bütün azadlıqları boğub”

Dekabrın 4-də D18 Hərəkatı Müsavat Partiyasının qərargahında Cümhuriyyət forumu keçirib. Tədbir başlayarkən ötən il “Günəşli” yatağında baş verən faciənin il dönümünü bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Cümhuriyyət qurucularından, ö dövrlə indiki hakimiyyətdən müqayisəli şəkildə söz açıb. O Əliyevlər hakimiyyətinin Cümhuriyətin varisi olmadığını bildirib:

“Cümhuriyyətimizi quran insanların hərəsi bir ləyaqət mücəssəməsidir. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla hər birinin həyatı öyrəniləsi bir məktədir. Gediləsi bir yoldur. Dünyaya baxışlarına görə, elmə savada baxışlarına görə, insana, azadlıqlara münasibətlərinə görə hər biri dəhşətli dərəcədə böyük bir nümunədir.”

İsa Qəmbər Nəsib bəy Yusifbəylinin baş nazir olan dönəmdə atasına yazdığı məktubdan da danışıb. Məktubda Nəsib bəy atasından maddi yardım istəyirdi.

“Bir dövlətin baş naziri bütün resurslar nə qədər məhdud olsa da, dövlətin resursları əlində olduğu halda, atasından öz cari xərcləri üçün kömək istəyir. İndiki hakimiyyətə diqqət edin. Aralarında salam verməyə belə adam tapılmır. Hamısı oğru, hamısı rüşvətxor, hər biri faktiki olaraq rüşvətxor, korrupsiya cinayətinə bulaşmış insanlardır.”

İsa Qəmbər vurğulayıb ki, indiki hakimiyyətdən fərqli olaraq Cümhuriyyət dövründə bütün azadlıqlar tanıırdı.

“Bütün azadlıqlara o dövrdə yüksək səviyyədə əməl olunurdu, cəhd göstərilirdi o dövr nə dərəcədə imkan verirdisə. İndi isə bu imkanlar demək olar ki, Əliyev rejimi tərəfindən minimuma endirilib. Basqılar, təzyiqlə cəmiyyəti susdurmaq həddindədir. Ancaq həbs olunmağa, təqib və təzyiqlərə sinə gərməyə hazır olan şəxslər bu rejimə etiraz edə bilir. Əliyev rejimi söz azadlığını da, mətbuat azadlığını da, birləşmə azadlığını da – bütün azadlıqları boğub. Məqsədi də bu azadlıqları məhv etməkdir. Sadəcə dediyim kimi, fədəkar, cəsarətli gənclərin, veteranların, vətəndaşların hesabına bu azadlıqlar Azərbaycanda qalmaqdadır. Ölkəni Şimali Koreyaya çevirməyə imkan verməməkdədir.”


Kanalımıza abunə ol, daha çox video izlə –

https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”Əliyevlər rejimi bütün azadlıqları boğub”