”Əliyevlə Sarkisyanın bağlı qapılar arxasında nə danışdığı məlum deyil”



Azərbaycan və Ermənistan təmsilçisinin 4 günlük müharibə ilə bağlı müzakirəsi


Aprelin əvvəlində Qarabağda erməni-Azərbaycan ordularının təmas xəttindəki qəfil gərginləşmə artıq səngiməyə başlayan konflikti yenidən gündəmə gətirdi. Müharibə edən hər iki tərəfin təmsilçisi – jurnalist Yuri Manvelyan və yazıçı Əli Əkbər dördgünlük müharibədən iki həftə sonra bu mövzu barədə skype vasitəsilə söhbətləşiblər.


Əli Əkbər:

 – Bugünlərdə Praqadan qonağım vardı. Azərbaycanlıdır, çex vətəndaşlığı alıb. O, məndən ölkəm üçün darıxıb-darıxmadığım soruşdu. Dedim ki, “yox”. “Heç darıxmırsan?”. And içdim ki, darıxmıram, ora məni özünə cəlb eləmir, yəqin bir daha heç vaxt oralara getməyəcəm, o şəhəri görməyəcəm. Doğrudan da, daha ora qayıtmaq, görmək istəmirəm. İndi sən de, mənəvi və fiziki olaraq bu qədər uzaq, ögey olduğum yer barədə danışmağa mənəvi haqqım çatırmı? Bu region, o ölkə, o adamlar məni maraqlandırmır. Mənim o regiona heç bir dəxlim, yaxınlığı olmadığını hiss etdiyim halda, o regionun problemlərindən danışmağa haqqım varmı? Sən ordasan, sən o zibilin içindəsən, mənsə qaçmışam.



«Bütün KİV-lər ləğv olunub»


Yuri:

 – Bilmirəm, bu haqqı kim verir. İndi danışan və səsləri başqaları tərəfindən eşidilən insanlar KİV-lərin ləğv olunmasından istifadə edirlər. Sənin, mənim, bakılıların, irəvanlıların, bu regionun insanlarının adından danışanlara heç kim bu haqqı verməyib. Heç kim bu missiyanı onlara tapşırmayıb. Amma onlar bizim adımızdan danışmağa davam edir və guya bizim maraqlarımızı təmsil edirlər. Onlar şəhərlərin və yaşayış məntəqələrinin ermənilərin, yaxud azərbaycanlıların olmasından danışırlar. Düşünmürəm ki, burda xatirələri, həyatının bir parçası qalan və Yerevanı doğma şəhəri hesab edən azərbaycanlıların və ya qeyri-ermənilərin sayı azdır. Hansısa yeri, torpağı ermənilərin, ya azərbaycanlıların adlandıranda, çox vaxt bunun mənası odur ki, bura bəzi adamlara başqalarından daha komfortlu olacaq.

Necə olur bu? Gözəl günlərin birində biz oyandıq və gördük ki, milli özünüdərkimiz fontan vurur. Qonşunun qapısını döyüb ondan da soruşduq ki, onda da belə milli özünüdərk inkişafı müşahidə olunurmu? Məlum oldu ki, qonşunun milliyyəti də, özünüdərki də fərqlidir. Onda xahiş edirik ki, burdan getsin, getməsə ya qovacağıq, ya da öldürəcəyik. Deyəsən, düstur belədir. Qəfildən məlum olur ki, mənim burda yaşamağa mənəvi, tarixi haqqım yoxdur və kimsə mənim harda yaşamalı olduğuma qərar verir.

Məlum olur ki, mən düz yerdə doğulmamışam. Hələ o da məlum olur ki, məni harasa qovmaq olar və nəyə görəsə məhz o qovulmalı yerim mənə daha doğma olmalıdır.

Sən Bakıda olmadığın üçün ordan danışmağa haqqın çatmadığını və bu situasiyadan bezdiyini dedin. Mənə elə gəlir ki, regionda, Ermənistanda ən kütləvi və anlaşılan etiraz insanların mitinqlərə deyil, mühacirətə axışmasıdır. Onlar sadəcə köçüb gedirlər. Doğma yerlərini, evlərini, tarixlərini, dostlarını tərk edirlər. Onlar üçün heç də həmişə yaxşı olmayacaq yerlərə gedirlər. Onların danışmağa haqqı çatırmı?


«Mən inanmıram»


Əli Əkbər:

 – Bəli, bu etirazdır. Seymurla Ermənistana səfərim yadıma düşür. Orda o, tez-tez deyirdi ki, biz burda sakit, sülh içində oturub danışırıq, özümüzü yaxşı hiss edirik, müharibəni lənətləyirik. Amma ya o, ya bu tərəfə bir mərminin atılması kifayətdir ki, hər şey yenidən başlasın. Bugünlərdə o mərmi partladı. O baş verənlər, o meyit şəkilləri, o ehtiraslar…Hər şey o qədər iyrənc idi ki, mən bir neçə gün Azərbaycan KİV-lərini oxumadım. Mətbuatı oxumadan belə, orada nələr baş verdiyin bilirdim. Bugünlərdə yenə haqqın.az və başqa saytları oxudum. Mən belə başa düşdüm ki, gənc nəsil indiyə qədər ülluziyalarla yaşayırmış, onları yuxudan oyadıb, başa saldılar ki, məsələ nə yerdədir.

Bax, deyirlər ,“sülhməramlı”, “sən sülh tərəfindəsən ” sonra soruşurlar ki, bunun üçün nə eləmisən. Təəssüf ki, mən heç nə edə bilməmişəm. Mən bü sülhü öz ailəm üçün yarada bilmişəm, bundan artığına gücüm çatmadı. Hər halda mən özümə görə sevinirəm ki, mənim uşaqlarım üçün sözsüz-şəksiz nifrət eləməli olduğu düşmən-erməni anlayışı yoxdur.

İndi mən çox məyus haldayam. Bilirəm, bizdə və sizdə deyildiyi kimi, nə vaxtsa bu rejimlər olmayacaq, bu hakimiyyətlər olmayacaq, vəziyyət düzələcək, biz irəli gedəcəyik, sülh bağlayacağıq…və s. Mən heç buna da inanmıram. İnanmıram ki, Rusiyada nəsə dəyişsə, bizdə də dəyişəcək. Bu, bir bataqlıqdır. Bəlkə də zaman keçməlidir. Bilmirəm sən necə düşünürsən. Mən ümidimi tamam itirmişəm.


«Məyusluq üçün həmişə səbəb var»


Yuri:

 – Uşağa tərbiyə verməkdən söz düşmüşkən. Bax, indi mən burda oturmuşam, qızım uşaq bağçasında, oğlum məktəbdə. Onlar axı orda da tərbiyə olunur və o tərbiyədə hərbi-vətənpərvər motivlər doludur. Mən də axı hər gün bağçaya, məktəbə gedib dava sala bilmərəm ki, uşaqlarıma belə şeylər öyrətməyin.

O günlərdə televiziyaya, mətbuata, sosial şəbəkələrə fikir verdim. “Hər şey cəbhə üçün” ovqatı vardı hamıda.

Şərti vətəndaş cəmiyyəti, bir az azad, internetə sıxışdırılmış KİV-lər, müxalifət partiyaları – hamısı eyni şeyi göstərir, deyirdi. Bunu presendentiz konsalidasiya adlandırırlar. Müxalifət deputatları, siyasətçilər Azərbaycanın şəhərini tutmağı təklif edirdilər, başqaları nüvə silahı düzəldib, Bakını vurmaq istəyirdi. QHT-çilər, sülhməramlılar, jurnalistlər – hamısı eyni şeyi deyirdi. Ordu, Müdafiə Nazirliyi və başqa vaxt müxalifət deputatlarının, siyasətçilərin sərt tənqid etdiyi prezident ən legitim və etibarlı informasiya mənbələrinə çevrildilər. Orduda illərlə təhqirləri, öümləri gizlədən hərbçilər qəfildən yeganə həqiqət mənbəyi oldular – kütəvi şəkildə hamı onlardan danışıb, onlara inanmağa başladı. Jurnalitlər cəbhəyə atıldı. Çoxu etiraf edirdi ki, ordan işləmək və jurnalist işini görmək mümkün deyil. Amma onlar da ümumi mənzərəni tamamlamağa davam edirdilər. Aydın məsələ idi ki, ordan hakimiyyətə və hərbi rəhbərliyə sərf etməyən məlumat ötürmək mümkün deyil. Sən “hadisələrə nə qədər yaxınsansa, militarizmin təbliatına xidmət etməmək o qədər çətindir. Yaşca məndən xeyli böyük, illərlə sülhməramlı tədbirlərdə, sülh şüarları ilə çıxış edən, erməni-Azərbaycan layihələrində “sülh körpüsü” yaradan, miflər “dağıdan”, düşmən obrazını “ifşa edənlər” belə bu sınaqdan çıxa bilmədilər.

Məyus olmaq üçün isə həmişə səbəb var. Biz kollektiv şəkildə işləməyə necəsə cəhd elədik, müzakirə elədik ki, nə yazaq, nə edək. Bəzi yayımlarımıza açıq və aqressiv reaksiyalar vardı. Tez-tez deyirdilər ki, indi antimilitarist söhbətlərin yeri deyil. Hələ bir söyüş kimi, bizə qarşı “pasifist” sözü işlədirdilər. Maraqlıdır, ümumiyyətlə, sülh danışıqları üçün uyğun hesab olunan vaxt varmı?


“BƏS NƏ BAŞ VERDİ?”


Əli Əkbər:

– Heç birimiz əslində nə baş verdiyini bilmirik. Bildiyimiz odur ki, qəflətən kimsə atəş açmağa başladı, dəstələr irəli cumdular, uzun illər ayaqları dəyməyən yerlərə çatdılar və onları orda öldürdülər. Cəsədlər, hansısa dronlar göstərdilər, bizdə də, sizdə də eyforiya, kütləvi orqazm başladı. Məncə, artıq nə baş verdiyini soruşmağın vaxtıdı. Rəsmi açıqlamalar aydındır: Ermənistan tərəf atəş açıb, bizimkilər xəbərdarlıq eləyib, onlar atəşi kəsməyiblər və bizimkilər cavab tədbiri görməyə məcbur olublar. Güman eləyirəm, erməni tərəf bunun əksini deyir.

Onlar yüzlərlə, bəlkə daha çox insanı irəli göndərdilər, hamısını da orda öldürdülər. Mən bilmirəm, onları ermənilər güllələyib, özümüzunkülər, yoxsa hansısa üçüncü bir qüvvə… Amma bu, elə bir şeydi ki, indi bizdə bu barədə danışmağı sevmirlər – anında məhv etmək. Ora 20-30 nəfəri birdən göndərirdilər, amma heç kim geri qayıtmırdı.


“Həlak olanları qəhrəmana çevirərək, qurbanları ört-basdır edirlər”


Yuri:

– Bütün bu qurbanlar, faciələr, həlak olanları qəhrəmanlaşdırmaqla ört-basdır edilir. Həmin günlər təntənəli dəfn mərasimləri haqqında materiallar yayımlanırdı. O mərasimlərdə Müdafiə Nazirliyinin əməkdaşları valideynlərə müraciətlə “siz bizə oğul verdiniz, biz sizə qəhrəman qaytardıq” tipli sözlər deyirdilər. Bununla belə, son günlər, uzun illər ərzində hərbi büdcənin talandığı, müasir silahların olmadığı barədə tənqidlər eşidilməyə başlayıb. Hakimiyyət, militarist mövqedən tənqid olunur. Bu isə o deməkdir ki, militarizasiyaya, hərbi xərclərin artırılmasına yaşıl işıq yandırılır.

Əliyevlə Sarkisyan, təxminən, on beş dəfə görüşüblər. Saatlarla danışırlar, adətən, bağlı qapılar arxasında. Sonra XİN başçılarını, Minsk qrupunun rəhbərlərini çağırırlar (mən bu tədbirləri bir neçə dəfə işıqlandırmışam, prezidentin dəstəsində olmuşam). Belə görüşlərdən sonra Azərbaycan tərəfdən ən yüksək səviyyədə bəyan edilir ki, sülh yalnız bir şərtlə mümkündür: – erməni qoşunları bütün Qarabağın ərazisindən çıxarılsın. Hətta o həddə çatırlar ki, Qarabağda dayanmayacaqlarını deyirlər, Ermənistanı da Qərbi Azərbaycan adlandırırlar. Ermənistan da təkid eləyir ki, o, yalnız “Dağlıq Qarabağ Respublikası”nı təmsil edir. Hansı ki, onun Konstitusiyasına görə erməni ordusunun nəzarəti altında olan və başqa torpaqlar DQR-in ayrılmaz hissəsidir.

Bu mövqelər bir-birini təkzib edir. İkinci dəfə görüşmək üçünsə bu mövqelərdə nəyisə dəyişmək lazımdır. Əgər prezidentlər təkrar görüşürlərsə, çox güman ki, nəsə dəyişməlidir, hansısa dəyiş-düyüş baş verir və çox güman ki, bu, orda yaşayan insanların təhlükəsizliyini təmin etmək və köçkünlərin geri qaytarılması məqsədini güdür.

Lakin mövqelər dəyişmir, onlar ikinci görüşdən sonra da eyni şeyləri deyirlər. Beləcə on beş dəfə görüşürlər, biz isə nə haqqında danışdıqlarını bilmirik. Çünki nə barədəsə danışmalıdılar. Əgər onların görüşlərinin mövzusunu özüm fikirləşməli olsam, həmin insanların öz ölkələrində hansı məqamları tutduqlarını analiz etsəm, onda belə çıxacaq ki, görüşənlər ən varlı klanların başçıları, oliqarxların kapitalının artmasına təminat verənlərdir və nə haqdasa razılığa gəlməyə çalışırlar. Bəlkə onlar hakimiyyəti itirməmək və hərdən belə oyunlar oynamaq barədə razılığa gəlirlər?

Bəlkə əsgərlərin və sərhədyanı bölgələrdə yaşayanların həyatı həmin o “xırda pul”du? Bəlkə onlar həmin həyatlarla alver edirlər? Bəlkə keçmiş günlərin xatirinə çətin vəziyyətlərdə bir-birinə yardım edirlər? Axı, İlham – bu insanlar üçün nüfuz sahibi olan Heydər Əliyevin oğludur. Onlar on beş dəfə görüşürlər, sonra da mövqelərinin barışmazlığı haqqında bəyanatlar verirlər. Hərçənd digər tərəfdən onları kim nümayəndə edib, kim öz adından danışmağa icazə verib?

Hazırda münaqişənin həlli üçün variantlar aktiv şəkildə müzakirə olunmağa başlanıb. Madrid prinsipləri xatırlanır – status qarşılığında ərazilər, qaçqınların geri qaytarılması və digər “real variantlar”. 25 ildir ki, ölkə daxilində nifrət toxumları əkilir, ermənilərlə azərbaycanlıların birgə yaşamasını imkansız edən situasiyalar yaradılır. Və problemlər bu şəraitdə həll olunmalı, şərtlər qoyulmalıdı. Əmilər xəritələrin üzərinə əyilib kimin hara qayıdacağına, harda yaşayacağına qərar verəcəklər…


Əli Əkbər:

– Əliyev, ən azı, çox gözəl bilir ki, efirə çıxıb “bəli, indiyə qədər belə idi, amma bundan sonra ermənilərlə əbədi dost və qardaşıq, bir yerdə yaşayacağıq” deməsi kifayətdir. Elə bilirsən ki, ona qarşı çıxan azərbaycanlılar çox olacaq? Məncə, əksəriyyət Əliyevlə razılaşacaq və əmin-aman yaşamağa başlayacaqlar.


“Uzunmüddətli müharibə varlı klanlara sərf etmir”


Yuri:

– İş ondadır ki, hamının silahlandığı, bir-biri ilə vuruşduğu genişmiqyaslı müharibə bu qədər hakimiyyəti və kapitalı əlinə toplamış insanlara sərf eləmir. Uzun, yorucu müharibə yeni qəhrəmanlar, iddialı avtoritetlər yaradır. Müharibədən varlanan və maska geyinib özlərini gözə soxmağa davam edənlərinsə çoxlu əleyhdarları var. Mən veteranlar tanıyıram ki, mikrofonlar açıq olanda müharibə arzuladıqlarını deyirlər. Onlar öldürmək istədiklərini nəzərdə tutmurlar, amma müharibə zamanı olan nisbi bərabərlikmi deyim, ya başqa bir şey- həmin vəziyyəti xatırlayırlar. Hazırda onlar yarıac-yarıtox yaşayırlar, o vaxt isə hami bir tikə çorəyə möhtac idi. Müharibə isə- silah əldə etməyin ən asan yoludur. Kim deyir ki, hakimiyyətin əleydarları həmfikirlərindən, tərəfdarlarından azdır? Bəlkə uzun illər boyu alçaldılan insanlarda həmin silahı televizorda, tarix dərsliklərində və ədəbiyyat dərslərində onlara düşmən kimi təqdim olunan adamlara yox, ilk növbədə, onu hər gün təhqir eləyənlərə tuşlamaq arzusu yaranıb?

Varlı ailələrə, varlı klanlara uzunmüddətli müharibənin sərf elədiyini, onların mühasirə vəziyyətində, quru payla yaşamağa hazır olduqlarını düşünmürəm. Onlar yaxtalara, dəbdəbəli kurortlara alışmış adamlardılar. Amma cəmi bir neçə gün davam edən və nəzarət altında olan müharibələr onların sabit cəsəd axınına sahib olmalarına, qorxu yaratmalarına, vəziyyətin daha da pisləşə biləcəyi ilə hədələmələrinə imkan verir.


“Rafiq Tağının qətlinin əsl səbəbi…”


Əli Əkbər:

– Ermənistana səfərlərə əngəl yaratmadıqları vaxtlarda… Əlbəttə, istəsəydilər, qoymazdılar, geri qayıdanda həbs eləyərdilər, amma eləmirdilər… Sonralar başa düşdük ki, bizə qarşı kompromat toplayırlarmış. O səfərlərə reaksiyalar neqativ idi, TV-də təhqir eləyirdilər, eynullakimilər mətbuatda yazırdılar… Amma “Daş yuxular”a gələn reaksiyalardan sonra fikirləşdim ki, nəsə baş verir, doğru olmayan bir şey var. Əylisli trilogiya yazmışdı, “Daş yuxular” da onun bir hissəsidir. Trilogiyanın bir hissəsi də Əliyevlər ailəsinə həsr olunmuşdu. Yazıçı Rafiq Tağını da rəsmi versiyada deyildiyi kimi islam əleyhinə fikirlərinə görə bıçaqlamamışdılar.

Azərbaycanlıların islam dininə qarşı mənfi münasibətinin tarixi kökləri var. XIX əsrdə, Axundovdan başlayaraq Azərbaycan fəlsəfi düşüncəsi, yaradıcı xadimləri hər zaman islam əleyhinə çıxışlar ediblər. Azərbaycanlılar islamı ərəblərin gətirdiyi yadmənşəli element kimi qəbul edirlər. Təsadüfi deyil ki, azərbaycanlıların vacib milli qəhrəmanı – xilafətə qarşı döyüşmüş Babəkdir. Rafiq Tağının qətlə yetirilməsinin əsl səbəbi bir povesti idi. O povestin əsas personajları Əliyev, arvadı və qızlarıdı. Rafiq Tağını buna görə bıçaqladılar və qətli islamçıların qisası kimi təqdim elədilər. O qısasçılar hələ də tapılmayıb. Əkrəm Əylislinin də başına eyni şeylər gəldi. Trilogiyaya daxil olan kitablardan biri – “Möhtəşəm tıxac” Əliyevlər ailəsinə həsr olunmuşdu və nəşrə hazırlanırdı. Alınmadı – hakimiyyət tez ayıldı və Əylisliyə qarşı kampaniyaya başladı, guya “Daş yuxular” – xəyanət aktıdır.


Yuri:

– Çox gec reaksiya verdilər. Roman uzum müddət idi internetə qoyulmuşdu, isteriya xeyli sonra başladı.


Əli Əkbər:

– hə, təxminən, bir il idi ki, internetdəydi. Lap bu yaxınlarda, hərbi əməliyyatlar başlayan ərəfədə yazıçını hava limanında saxlayıblar, Venesiyaya getməyə qoymayıblar, cinayət işi açıblar. Guya 80 yaşlı qoca hava limanında 35 yaşlı bir yekəpəri, polisi döyüb. Rafiq Tağının qətli, Əkrəmə qarşı münasibət – bütün bunların səbəbi nə dindi, nə də Qarabağ. Həmişə şəxsi bir səbəb var. Ölkə başçıları haqqında dediklərinə qayıtsaq – onların hədəfi öz hakimiyyətlərini, bizneslərini möhkəmləndirməkdir. Nə din, nə də Qarabağ onların vecinə də deyil. Onlar öz hakimiyyətləri uğrunda qırmağa, yüzlərlə həyatı söndürməyə hazırdılar…

Məncə, bizim müsahibəmiz alınmadı. Uzun müddətdi görüşüb danışmayan iki tanışın söhbəti oldu.

2016-cı il. Aprel.

epress.am/ru

Ana səhifəVideo”Əliyevlə Sarkisyanın bağlı qapılar arxasında nə danışdığı məlum deyil”