Torpaqların işğaldan azad edilməsi müqabilində sülh və əməkdaşlıq Ermənistanda yumşalması xeyli dərəcədə konstruktiv regional münasibətlərdən asılı olan uzunmüddətli böhran şəraitində daha çox aktuallıq kəsb edir
Şənbə günü, fevralın 7-si Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi gündəliyi ilə qeyri-adi işgüzar həftəsonu oldu. Əvvəlcə ATƏT-in Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədrləri, daha sonra həm də ATƏT rəhbərliyi ATƏT sədri İvitsa Daçiçin və ATƏT baş katibi Lamberto Zanyerin şəxsində Azərbaycanı və Ermənistanı vəziyyəti gərginləşdirməkdən imtinaya çağıran bəyanatlarla çıxış ediblər.
“Biz hamımız razıyıq ki, qoşunların təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində hərbi vəziyyət getdikcə pisləşir, bu da regional sabitlik üçün təhlükə yaradır və dinc vətəndaşların həyatını təhlükə altına qoyur. ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin monitorinq hesabatında 2015-ci ilin birinci ayında 12 qurban və 18 yaralı olduğu qeyd edilir. Bu, 1994-cü ildə atəşkəs rejimi elan edildiyi andan etibarən qurbanlar haqqında təsdiq edilmiş ən yüksək rəqəmlərdir. 2014-cü ildə 60-a yaxın insan həlak olduqdan sonra biz təhlükəli zorakılıq təmayülünün davam etməsindən narahatıq”, deyə birgə bəyanatda bildirilir.
Təxminən elə həmin gün, bir qədər sonra Azərbaycan prezidenti İlham Əliyev sülh prosesinin irəliləməsinin şərti kimi Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərini azad etməsini göstərib. Fevralın 7-də 51-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan başqa – Avropada tənzimlənməmiş münaqişələr” panel sessiyasında çıxış edərkən Əliyev erməni əsgərlərinin Ağdamı, Fizulini və ümumiyyətlə Azərbaycanın 7 rayonunu azad etməli olduğuna işarə edib.
Lakin ötən ay Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın ünvanına səsləndirdiyi hədə təmas xəttində hər-hansı sakitliklə bağlı xülyalara yer qoymur. “Diversiyalar nəticəsində həlak olmuş erməni əsgərinin həyatı Azərbaycana baha başa gələcək”, deyə Sarkisyan yanvarın 26-da Ermənistan Müdafiə Nazirliyinin kollegiyasında bildirib.
ATƏT-in xatırlatdığı son statistik il ərzində Fransa, Rusiya prezidentləri, ABŞ dövlət katibi səviyyəsində tərəflərin sakitləşdirilməsi üzrə çox sayda vasitəçilik səyləri olub, hələ Aİ, AŞ, ATƏT-in ehtiyatlı olmaq çağırışlarından danışmırıq. Adətən müharibə edən prezidentlərə heç olmasa qısa zaman kəsiyi üçün barışıq təsiri göstərən Rusiya prezidentinin vasitəçiliyi 2014-cü ilin avqustunda hərbi gərginliyə son qoyulmasına gətirib çıxarmadı.
Əliyevin ilk idarəetmə illərində məsələnin siyasi həllinin aləti kimi güc tətbiqi mümkünlüyü haqqında şifahi bəyanatlarından fərqli olaraq, üçüncü müddətdə onun sözlərini getdikcə daha çox konkret hərbi aksiyalarla – genişmiqyaslı hərbi təlimlərdən ayrı-ayrı lokal döyüş qarşıdurmalarına qədər müxtəlif tədbirlərlə möhkəmləndirməsi gözə çarpır. Ermənistanın Rusiyanın şəxsində süzereninin dərin iqtisadi böhranı, Ukrayna böhranı, Qərb və Rusiya arasında artmaqda olan qarşıdurma və bunun nəticəsi olaraq Rusiyanın təcrid olunması şəraitində Ermənistanın getdikcə daha çox iqtisadi təcridlik yaşaması fonunda bu təcrübi addımlar getdikcə daha ardıcıl xarakter alır.
Lakin nəzərə almaq lazımdır ki, Azərbaycandan şimalda baş verən bütün bu xarici siyasi toqquşmalar müvəqqəti xarakter daşıyır və Ermənistana uzunmüddətli hərbi təzyiq üçün platforma ola bilməz. Əliyevin Münhen çıxışından göründüyü kimi, o, bunu yaxşı başa düşür. Onun ikinci təklifi: torpaqların işğaldan azad edilməsi müqabilində sülh və əməkdaşlıq Ermənistanda yumşalması xeyli dərəcədə konstruktiv regional münasibətlərdən asılı olan uzunmüddətli böhran şəraitində daha çox aktuallıq kəsb edir.
Azərbaycan da institusional xarakterli problemlərlə şərtlənən və əməyin müxtəlifləşdirilməsi ilə əsassız olaraq uzanan uzunmüddətli iqtisadi zəifləmə zolağına qədəm qoyub. Amma yenə də, neft və qazdan gələn azalan gəlir də Qarabağ tənzimlənməsinin inkişafının hərbi və sülh variantlarını diqtə edəcək mövqeyi qoruyub saxlamağa imkan verir.