Əliyevdən “Türkiyə- Rusiya gərginliyi” açıqlaması

“Azərbaycan Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginlikdən narahatlıq hissi keçirir”

Source:


“Azərbaycan Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginlikdən narahatlıq hissi keçirir”

Bunu prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

İ.Əliyev deyib ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.

Prezidenti İlham Əliyev G20-nin Antalyada keçirilən Zirvə toplantısı və bir çox məsələlərdə Türkiyənin mövqeyinin mühüm rola malik olduğunu bildirib: “Azərbaycan-Türkiyə əlaqələri ən yüksək səviyyədə olub və bütün istiqamətlərdə də əməkdaşlıq uğurla davam edəcək”.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olundu, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparıldı.

Ana səhifəXəbərlərƏliyevdən “Türkiyə- Rusiya gərginliyi” açıqlaması