“Samirə Əfəndi ermənini niyə qucaqlayıb?” Bir neçə gündür ən çox müzakirə olunan mövzu budur. Əliyevin Trump vasitəsiylə Paşinyanla anlaşması sülhə doğru atılmış böyük addım kimi qələmə verilirsə, bir müğənninin qucaqlaşması nə üçün cəmiyyət və ictimai şəxslər tərəfindən bu qədər linç edilir? Mehriban Əliyeva ilə Paşinyanın həyat yoldaşı Anna Hakopyanın qucaqlaşmasından heç 1 il ötməyib. Təkrarlanan bu kimi hadisələr göstərir ki, Azərbaycanda sülh quruculuğu da monopoliyadadır.