”Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır”
Azərbaycan prezidenti İlham Əliyev Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Azərbaycan prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir. “Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. “Mən, bu görüşün keçirilməsi təşəbbüsünü irəli sürdüyünüzə və münaqişənin həllində Rusiyanın oynadığı konstruktiv rola görə təşəkkürümü bildirirəm. Münaqişənin həlli uzanır. Rusiya və Minsk qrupunun digər həmsədr ölkələrinin qeyd etdiyi kimi “status-kvo” qəbuledilməzdir. Biz bu bəyanatı tam dəstəkləyirik. “Status-kvo”nu dəyişmək üçün Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır”. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, – deyə o vurğulayıb.
APA