ABŞ senatoru Kris Smit Azərbaycanla bağlı dinləmələr zamanı dedi ki, Azərbaycan bir diktatura ölkəsidir və Prezident İlham Əliyev ölkəni ailəsi üçün feodal malikanə kimi nəzarətdə saxlayaraq istismar edir. Senator erməni məhbuslardan da danışıb, onları “siyasi məhbus” adlandırıb. “Əliyevin etnik nifrəti qızışdırması onların orada yaşamasını çox təhlükəli edib”, – deyə o bildirib. “İllər əvvəl ABŞ-da belə dinləmələr keçiriləndə ümid yaranırdı ki, nəhayət, indiki rejimə sanksiyalar tətbiq olunacaq. Amma illər keçdikcə, dinləmələr sadəcə dinlənilib bitdikcə, ümidlər də tükənməyə başladı”