Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxunub
Prezident İlham Əliyev görkəmli alim, tanınmış ictimai xadim akademik, əmisi Cəlal Əliyevin məzarını ziyarət edib.
C. Əliyev fevralın 1-də 88 yaşında vəfat edib. O, dünən I Fəxri xiyabanda torpağa tapşırılıb.
Prezident akademik Cəlal Əliyevin Heydər məscidində keçirilən hüzr mərasimində də iştirak edib.
Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxunub.