Əlillərin ”Yuxu”su

Əsa Teatrının “Yuxum” tamaşası britanıyalı dramaturq Villiam Şekspirin “Yay gecesində yuxu” əsəri əsasında hazırlanıb. Bu əsər romantik komediya janrındadır. Tamaşanın rejissoru Nihad Qulamzadə, quruluşçu rejissor isə Şamil İbrahimovdur.

Bütün hadisələr qoca Robinin yuxusunda baş verir. Kral səhnəyə çıxıb öz monoloqunu deyir və bütün hadisələr ondan sonra cərəyan edir. Daha sonra tamaşanın mistik, ovqatlı hissəsi başlayır. Qoca Robin öz yuxusunda Pek olaraq səhnəyə çıxır. Pek sehirli gülün damcılarını yalnış adamların gözünə tökür və hər şey tərsinə gedir. Finala yaxın hər şey məlum olur, Pek və onun şahzadəsi Aberon yenidən vəziyyəti düzəltməyə çalışırlar.

Tamaşa xoş sonluqla bitir, cütlüklər barışırlar, hərə öz sevgilisinə qovuşur.

Tamaşanın gedişatını qısa özət keçən rejissor deyir ki, Əsa Teatrının aktyorları əsasən əlilliyi olan insanlardan ibarət olduğuna görə onları düşünüb rollarda və quruluşda dəyişikliklər edilib. ” Germiya obrazını ruhlar hökmdarı Aberon səsləndirdi. Çünki aktrisamız Gülnara həyəcan və həmin səhnədəki emosiyalar olmazdı. Biz də Gülnara problem olmasın və tamaşa daha dolğun olsun deyə bu usuldan istifadə etdik”. “Yuxum” tamaşasının əsas özəlliklərindən biri də də eşitmə əngəlli olan izləyicilərə işarət dili ilə tərcümə olunması idi.

Ana səhifəVideoƏlillərin ”Yuxu”su