Vaxtilə müdafiə etdiyi şəxs vəkilin əleyhinə ifadə verib
“Yasovul” firmasının rəhbəri, vəkil Əliabbas Rüstəmov həbs edilib. Vəkil iyunun 28-də saxlanılaraq baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb. İyunun 29-da Binəqədi Rayon Məhkəməsi onu üç ay müddətinə həbs edib.
Ə.Rüstəmova qarşı Cinayət Maddəsinin 312.2-ci maddəsi (rüşvət vermək) ilə cinayət işi qaldırılıb.
“Prestij” MMC-nin rəhbəri İlham Məmmədov Ə.Rüstəmovun əleyhinə ifadə edib. O bildirib ki, Əliabbas Rüstəmov hansısa vəzifəli şəxsə çatdırmaq üçün ondan 95 min manat istəyib. Eyni zamanda, Ə.Rüstəmov İ.Məmmədovun işi üzrə vəkil olub. Sahibkar vergidən yayınmada ittiham olunub.
Doğmalarının sözlərinə görə, bu məbləğ vergi borcunun ödənilməsi üçün nəzərdə tutulub ki, İ.Məmmədova qarşı cinayət işi bağlansın.
Vəkilin yaxınları güman edirlər ki, Ə.Rüstəmova qarşı ifadə almaq üçün İ.Məmmədovdan istifadə edilib.
Vəkil sosial mediada fəal çıxışlar edir, hakimiyyətin ali eşelonunda pozuntular və korrupsiya haqda məlumatlar dərc edir.