Əli Zeynala ailəsi ilə konfidensial görüşə icazə verilməyib

Əli Zeynal. İllüstrasiya: Meydan TV

“Toplum TV işi” üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə yalnız şüşə arxasından görüşə bilib.

Bu barədə Əli Zeynalın ailəsi Toplum TV-yə bildirib.

Əli Zeynal 2024-cü il martın 6-da həbs olunub. 

“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.

Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.

Ailəsi buna səbəb kimi Əli Zeynalın Bakı İstintaq Təcridxanasından yazdığı yazıların olduğunu qeyd edib. 

Əli Zeynal yazılarında təcridxanada məhbuslara dərman gətirmək üçün rüşvət tələb olunmasından və onların saxlanma şəraitindən yazıb. 

O, bu yazılarına görə bir neçə dəfə karserə salınıb.

Ana səhifəSiyasətƏli Zeynala ailəsi ilə konfidensial görüşə icazə verilməyib