Azərbaycanda Əli və Nino əsəri əsasında eyni adlı film çəkilir. Həmin vaxtda isə Əli və Nino mağazalar şəbəkəsinin Nizami küçəsi 91-də yerləşən kitab mağazası və “Kitab kafesi” bağlanır. Səbəb olaraq, maliyyə böhranı, vergilərin ağırlığı və son vaxtlar mağazaya tez-tez hücum edən bir şəxsin kassaları soyması gətirilir. Belə ki, artıq 5-ci dəfədir eyni şəxs mağazaya basqın edir. Saxlandıqdan bir müddət sonra isə sərbəst buraxılır.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli deyir ki, bağlanan mağazada kitab təqdimatları və müxtəlif diskussiyalar keçirilirdi. O, bundan sonra toplaşmağa yerlərinin olmamağından təəssüflənir.
Nigar xanım onu da qeyd edir ki, yalnız bir mağaza bağlanıb. Digər mağazalar işini davam etdirir.