Əli Nağıyev DTX rəisi, Mədət Quliyev isə müdafiə sənayesi naziri oldu

Prezidentin Fərmanı ilə “Azərsilah” ASC ləğv olunaraq, yenidən Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

Source: meydan tv


Əli Nağıyev DTX rəisi, Mədət Quliyev isə müdafiə sənayesi naziri oldu

Prezident 6 ay öncə ləğv etdiyi nazirliyi yenidən bərpa etdi

General Mədət Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi vəzifəsindən azad edildi. İyunun 20-də Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Əli Nağı oğlu Nağıyev DTX-nın sədri təyin olunub.

Daha bir sərəncamla Mədət Quliyev müdafiə sənayesi naziri təyin olunub.

Prezidentin 19 yanvar 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv olunaraq bazasında

“Azərsilah” AS

C yaradılmışdı. İyunun 19-da isə Prezidentin Fərmanı ilə “Azərsilah” ASC ləğv olunaraq, yenidən Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

61 yaşlı

Əli Nağıyev

indiyədək Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini idi. Araşdırmaçı jurnalistlər iki il öncə onun və ailəsinin xarici ölkələrdəki biznesini, korrupsiya faktlarını araşdırıblar. Məlum olub ki, Azərbaycan “pulyuyan maşını”-nın – çoxməqsədli şəkildə çirkli pulların yuyulması üçün yaradılmış platformasını və ölkənin hakim elitasının maliyyə cinayətləri üçün istifadə edilən fondu araşdırmalı olan əsas fiqurlardan biri də məhz odur.

61 yaşlı Mədət Quliyev isə 2015-ci ildən DTX-nın sədri idi. Bundan əvvəl o, cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb. 1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Ana səhifəXəbərlərƏli Nağıyev DTX rəisi, Mədət Quliyev isə müdafiə sənayesi naziri oldu