Əli Məsimli: Gərək məmurların uşaqları autuzmli olsun ki, onlara nə qədər vəsait xərcləndiyini bilsin?

Deputat bildirib ki, müharibə iştiraçıları tərəfindən əlilliklə bağlı xeyli müraciətlər olunur

Source: Foto: sosial şəbəkə


Deputat məmurları bürokratik əngəllərə son qoymağa çağırıb

“Ünvanlı sosial yardımla bağlı insanlara xeyli problem yaradırlar, kiçik torpaq sahəsi olan insanlara bu yardım verilmir”.

Milli Məclisin iclasında deputat Əli Məsimli belə çıxış edib.

O qeyd edib ki, bu məsələ bir neçə dəfə qaldırılsa da, məsələ tam həllini tapmır:

“190 manat məsələsi gündəmə gələndə bu problem özünü qabarıq şəkildə göstərdi. Bu məsələ artıq öz həllini tapmalıdır”.

Deputat bildirib ki, müharibə iştiraçıları tərəfindən əlilliklə bağlı xeyli müraciətlər olunur:

“Biz o insanlara borcluyuq. Onları get-gələ salmaq olmaz. Onların get-gələ salanlara layiqli cavablar verilməlidir”.

Autizmli uşaqlarla bağlı məsələni də qaldıran Ə.Məsilmi qeyd edib ki, bu cür insanlara xüsusi qayğı lazımdır:

“Autizm sindromlu uşaqlara da biganəlik göstərilir. Bunun da aradan qaldırılması vacibdir. Onların həyata qoşulması üçün böyük xərclər lazımdır. Həmin uşaqlara verilən simvolik müavinətlər də kəsilib. Onlara diaqnoz qoymaq çox asan məsələdir. Gərək həmin məmurların uşaqları autuzmli olsun ki, onlara nə qədər vəsait xərcləndiyini bilsin?”

Əli Məsimli vurğulayıb ki, MDB məkanındakı ölkələrlə müqayisədə Ombudsmana müraciətlər Azərbaycanda daha çoxdur:

“Bunun səbəbləri təhlil olunmalıdır. Bu müraciətlərin artması Ombudsmanın sənədin sonunda hazırladığı təkliflərin verilməsində xüsusi rol oynayıb. Hazırda insanları narahat edən məsələlərdən biri iş yerləri ilə təmin olunmaqdır. Buna son qoyulmalıdır. Xüsusilə də şəhidlərin ailə üzvlərinin, qazilərin işlə təmin olunması üçün bürokratik əngəllər aradan qaldırılmalıdır”.

Ana səhifəSosialƏli Məsimli: Gərək məmurların uşaqları autuzmli olsun ki, onlara nə qədər vəsait xərcləndiyini bilsin?