AXCP sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, satış məqsədilə narkotik əldə etmə, saxlama, daşıma maddəsilə həbs edilmişdi. 4 il 6 ay azadlıqdan məhrum edilən Umudov 2 il 8 ay həbsdə olub. Umudov heç vaxt özünü təqsirli bilməyib və Əli Kərimlinin sürücüsü olduğuna görə şərləndiyini deyib.