”Elnur Seyidovun həyatına görə dövlət başçısı İlham Əliyev şəxsən məsuliyyət daşıyır”
Bu barədə AXCP sədri Əli Kərimli “facebook” səhifəsində yazıb.
Əli Kərimli bildirib ki, qaynı Elnur Seyidovun həyatına real təhlükə yaranıb: “Elnur 13 saylı cəzaçəkmə müəssisəndə saxlanılır. Ağır xəstədir. Uzun illərdir ki, dağınıq sklerozdan əziyyət çəkir. Ancaq həyatına budəfəki təhlükə xəstəlikdən deyil. Elnur ailəsinə zəng edib və açıq mətnlə bildirib ki, onu ölümlə hədələyirlər”.
“Hədə realdır və mən 10 dəqiqədən sonra yenidən zəng etməsəm, bilin ki, hədəni realllaşdırıblar. Bu zəngdən sonra Elnur daha zəng etməyib. Ona görə də bu barədə açıq yazmalı oldum. Qaynımın həyatına yaranmış real təhlükədən ictimaiyyəti xəbərdar edirəm. Mən bilirəm ki, bu ölkədə paqon altında gizlənmiş cinayətkar dəstələr indiyə qədər də həm cəzaçəkmə müəssisəndə, həm də azadlıqda çoxlarını öldürüblər, qanını da batırıblar. Elnuru da öldürə bilərlər, ancaq qanını batıra bilməzlər. Çünki Elnur Seyidovun həyatına görə dövlət başçısı İlham Əliyev şəxsən məsuliyyət daşıyır. İlham Əliyev bu qətli durdurmalıdır!”