Ruslan Əmirov

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Ruslan Əmirov

Əli Kərimlinin mühafizəçisi həbs edildi (yenilənib)

Məqalə yeniləndi:  9 Aprel 2020

***

18.57. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Ruslan Əmirov 30 sutka inzibati həbs cəzası alıb. O, İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsini pozmaqda təqsirli bilinib.

***

“Ruslan Əmirovu uşağının yanında saxlayıb, aparıblar”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvü Ruslan Əmirovun da həbs olunması xəbəri yayılıb. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, eyni zamanda partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olan R.Əmirov azyaşlı övladını həkimə apararkən tutulub. Onun elə xəstəxanalardan birinin yaxınlığında, uşaqla birlikdə saxlandığı deyilir.

“Uşağın səhhətində problemlər vardı, ona görə həkimə aparıb. Elə uşaqla birlikdə saxlayıblar. Uşağı qohumuna veriblər, Ruslan Əmirovu isə buraxmayıblar. Faiq Əmirli kimi, onu da məcburi şəkildə “Jeep” maşına mindirib aparıblar”, - deyə məlumatda deyilir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib ki, R.Əmirovun saxlanmasıyla bağlı onlarda heç bir məlumat yoxdur.

AXCP sədri Əli Kərimli aprelin 8-də köməkçisi Faiq Əmirlinin, aprelin 9-da isə mühafizəçisi Ruslan Əmirovun həbsini repressiya kimi qiymətləndirir:

“İlham Əliyevin anons etdiyi “müxalifəti təcrid etmə” əməliyyatı tam sürətlə aparılır. 2019-cu ilin 19 oktyabr mitinqi ərəfəsində ictimai əsaslarla sürücüm Paşa Umudov həbs olunmuşdu. Onu cinayət işilə şərləyiblər. Hələ də siyasi məhbusdur. Dünən köməkçim Faiq Əmirov mülki geyimlilər tərəfindən oğurlanmışdı, bu gün ona sifarişlə 30 sutka inzibati həbs verildi. Bu gün də mühafizəçim Ruslan Əmirovu eyni qaydada oğurlayıblar. Bütün dünya koronavirusla mübarizə aparır, Azərbaycan hakimiyyəti isə karantin vəziyyətini fürsət bilib, müxalifət fəallarının kütləvi şəkildə həbsinə start verib”.

R.Əmirov bundan öncə də bir neçə dəfə inzibati qaydada həbs olunub. Bu həbslərin bir neçəsi Milli Şura və AXCP-nin keçirdiyi mintinlərdən əvvələ təsadüf edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  9 Aprel 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vrw4pr

Ən çox baxılan