Əli Kərimli saxlanıldıqdan sonra sərbəst buraxılıb (yenilənib)

Müsavat Partiyasının qərargahında keçirilən tədbirə müdaxilə edilib

Source: Meydan TV

***


AXCP sədri Əli Kərimli 1 saat saxlanıldıqdan sonra buraxılıb. O bildirib ki, hüquq-mühafizə orqanları xeyriyyə marafonu ilə yürüşü səhv başa düşüblər:


"Mənə Bakı şəhər prokurorunun müavini, Binəqədi prokuroru və polis rəisi öz aləmlərində xəbərdarlıq elan etdilər. Ki, guya biz hansısa yürüş keçirib idarə və müəssisələrin işini pozmaq istəmişik, ictimai qaydanı pozmağa çalışmışıq. İzah etdim ki, heç bir qanunsuz hərəkətimiz olmayıb, qanunsuz cərimələnən adamlara xeyriyyə marafonu keçirirdik, burda qanunsuz bir şey yoxdur və yürüş keçirdəndə əvvəlcədən bəyan edirik. Ona görə də xəbərdarlığı da qanunsuz sayıram. Baş verənlər hakimiyyətin sivil rəqabətə hazır olmadığını göstərir, əslində, hakimiyyətin polis mahiyyəti növbəti dəfə üzə çıxır".


Əli Kərimli ondan izahat alınmadığını deyib.

***

Müsavat Partiyasının qərargahında iyunun 28-də siyasi motivlərlə həbs olunan şəxslər üçün keçrilən dəstək marafonuna polis müdaxiləsi olub.

Polis AXCP sədri Əli Kərimlini saxlayıb.

Partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseynin Meydan TV-yə verdiyi məlumata görə, Əli Kərimli və mühafizəçi Ruslan Əmirov Binəqədi Rayon Polis İdarəsinə aparılıblar:

“Dəstək marafonu qapalı şəraitdə, qərargahda keçirilir. Polisin bura xəbərdarlıq etmədən müdaxiləsi qanunsuzluqdur. Hazırda polis qərargaha girib marafonu saxlamağı, hamını zalı tərk etməyi tələb edir”.

image_from_ios (1).jpg
qərargahın qarşısı

Müsavat Partiyasının məclis üzvü İsa Qəmbər iştirakçılara bildirib ki, qərarı siz verin:

“İndiyə qədər belə hadisə olmayıb”.

Milli Şuranın sədri Cəmil Həsənli qərargahın mühasirəsi və tədbirin dayandırılması tələbini qanunsuz sayıb:

“Biz vəziyyətin gərginləşməməsi üçün aksiyanı dayandırırq, davamı olaraq əlavə məlumat veriləcək”.

Ana səhifəXəbərlərƏli Kərimli saxlanıldıqdan sonra sərbəst buraxılıb (yenilənib)