Əli Kərimli: Niyə anlamırlarlar ki, jurnalist xanımlarla mübarizədə qalib gəlmək şansları yoxdur?!

“Rejimin məqsədi ölkədə azad mətbuatı tamamilə sıradan çıxarmaq, Azərbaycan xanımlarını da ictimai-siyasi həyatdan uzaqlaşdırmaqdır”

Source:


“Rejimin məqsədi ölkədə azad mətbuatı tamamilə sıradan çıxarmaq, Azərbaycan xanımlarını da ictimai-siyasi həyatdan uzaqlaşdırmaqdır”

AXCP sədri Əli Kərimli Meydan TV ilə əməkdaşlıq edən 3 xanım jurnalsitin ötən gecə Bakı aeroportunda saxlanaraq, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparılmasını pisləyən açıqlama yayıb.

Facebook səhifəsində yaydığı açıqlamaya “Xədicə İsmayılın bunlara etdikləri bəsləri olmadı?” deyə başlayan Əli Kərimli xanım jurnalistlərin artıq sərbəst buraxılmalarından şad olduğunu ifadə edib. AXCP lideri, bununla belə, hakimiyyətin azad mətbuata və ictimai fəallara qarşı repressiyanı davam etdirdiyini pisləyərək, bu siyasətin uğursuzluqla bitəcəyini vurğulayıb.

“Təəssüf edirəm ki, rejimin azad mətbuatla və fəal xanımlarla savaşı davam edir. Rejimin məqsədi ölkədə azad mətbuatı tamamilə sıradan çıxarmaq, Azərbaycan xanımlarını da ictimai-siyasi həyatdan uzaqlaşdırmaqdır. Çox çirkin üsullarla mübarizə aparmalarına baxmayaraq, yenə də sonda məğlub olacaqlar. Niyə anlamırlar ki, xanımlarla, hələ üstəlik jurnalist xanımlarla mübarizədə qalib gəlmək şansları yoxdur. Cəsur və intellektual qızlarımıza – Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya keçmiş olsun deyirəm”, – deyə Əli KƏrimli qeyd edib.

Ana səhifəXəbərlərƏli Kərimli: Niyə anlamırlarlar ki, jurnalist xanımlarla mübarizədə qalib gəlmək şansları yoxdur?!