Əli Kərimli Ali Məhkəməyə müraciət etdi

”Sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib”

Source:
Əli Kərimli
Əli Kərimli


”Sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiyanın qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Bu barədə APA-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin AXCP-nin qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi ilə bağlı iddianı təmin etməmək haqqında qərarından Ali Məhkəməyə şikayət edilib.

AXCP-nin qurultayın 2015-ci ilin sentyabrın 27-də keçirilib və Əli Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib.

Ana səhifəXəbərlərƏli Kərimli Ali Məhkəməyə müraciət etdi