17.06. Vəkil modern.az-a bildirib ki, sabiq nazirə acı xəbəri məhz vəkilləri bildirib: “Çox məyus oldu. Yas mərasimində iştirak etmək istəyir. Biz də buna müvafiq olaraq cəzaçəkmə müəssisəsinin rəhbərliyinə yazılı müraciət etmişik”.
Sabiq nazirin qardaşının hüzr mərasiminə buraxılıb-buraxılmaması məsələsi ilə bağlı hələlik heç bir müraciət edilməyib
Azərbaycanın sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun qardaşı Məhəmməd İnsanov vəfat edib.
M.İnsanov bu gün Bakının Qaraçuxur qəsəbəsində dəfn olunacaq.
Əli İnsanovun vəkili Toğrul Babayev “Azadlıq” qəzetinə bildirib ki, sabiq nazirin qardaşının hüzr mərasiminə buraxılıb-buraxılmaması məsələsi ilə bağlı hələlik heç bir müraciət edilməyib. Yalnız sabiq nazirin özü ilə məsləhətləşmədən sonra addım atılacaq. Vəkil Ə.İnsanovla yaxın vaxtda görüşəcəyini deyib.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sabiq nazir artıq 10 ildir həbs cəzası çəkir, Avropa Məhkəməsi onun iddiasını təmin edib.