Partiya sədrinin köməkçisi polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunur
Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun köməkçisi Rəşad Abbaslı 30 sutka müddətinə həbs edilib.
Sentyabrın 7-də Binəqədi Rayon Məhkəməsi onun haqqında qərar çıxarıb.
Rəşad Abbaslı İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunub.
Bu barədə Meydan TV-yə partiyanın İdarə Heyətinin üzvü Babək Adıgözəlov məlumat deyib.
O, Rəşad Abbaslının həbsini partiyanın fəaliyyəti ilə əlaqələndirib.
R.Abbaslı sentyabrın 5-də partiya sədri Əli İnsanovla görüşə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub.
O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib.
2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
Ə.İnsanovun cəza müddətinin başa çatmasına 1 ay qalanda növbəti cinayət işi açılıb və 7 il azadlıqdan məhrum edilib.
O, 2019-cu ilin martında əfv olunub.
Bu ilin yanvarın 25-də Haqq Ədalət Partiyasının təsis konfransı
keçirilib
.