Əli İnsanovun işi Avropa Məhkəməsində

“Şikayəti Qaradağ Rayon Məhkəməsinin qərarından vermişik”

Source:


“Şikayəti Qaradağ Rayon Məhkəməsinin qərarından vermişik”

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sabiq səhiyyə naziri Əli İnsanovun işinə baxacaq. Məlumatı Əli İnsanovun vəkili Toğrul Babayev yayıb.

O, şikayətin Qaradağ Rayon Məhkəməsinin qərarından verildiyini deyib:

“Artıq Strasburq məhkəməsindən bu barədə rəsmi məlumat da almışam”.

Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

Strasburq məhkəməsi Ə.İnsanovun hüquqlarının pozulduğunu tanısa da barəsindəki hökm qüvvədə qalıb.

2016-cı ilin oktyabrında Ə. İnsanovun həbs müddətinin bitməsinə bir neçə gün qalmış ona qarşı qanunsuz narkotik maddə saxlamaq, hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, qadağan olunmuş əşyalar saxlamaq kimi yeni ittihamlar irəli sürülüb.

Ə.İnsanov ittihamları saxta hesab edir. Buna görə AİHM-ə müraciət edib.

Ana səhifəXəbərlərƏli İnsanovun işi Avropa Məhkəməsində