Əli İnsanova cinayət işi açılıb? (Yenilənib)

Vəkil Toğrul Babayev təkzib edir: ”Yayılan məlumatlar yalandır”

Source:


Vəkil Toğrul Babayev təkzib edir: ”Yayılan məlumatlar yalandır”


————————————————————————-


Sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev Meydan TV-yə deyib ki, müdafiə etdiyi şəxsə qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatlar yalandır.


T. Babayev bildirib ki, Ə. İnsanova qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatlar yalandır: “Bir az əvvəl onunla cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsində görüşdük. Heç bir problemi yoxdur”.

——————————————————————————

Sabiq səhiyyə naziri Əli İnsanova yeni ittiham irəli sürülüb.

Məlumatı vəkil Namizəd Səfərov öz Facebook səhifəsində yayıb. Meydan TV Namizəd Səfərovla əlaqə saxlayıb. o, məlumatı vəkil dostlarından alıdığını deyib: “Bir neçə saat əvvəl Kürdəxanıdan gələn vəkil mənə bu barədə deyib. Bildirdi ki, Əli İnsanov Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) ittiham olunur və sabiq naziri Kürdəxanıda görüb”.

Cinayət Məcəlləsinin 315-ci maddəsi 3 ilədək həbs nəzərdə tutulur.

Meydan TV sabiq nazirin vəkillərindən Ağaveyis Şahverdiyevlə əlaqə saxlayıb, vəkil bu barədə məlumatsız olduğunu və birinci dəfə eşitdiyini deyib.

Əli İnsanovun digər vəkili Toğrul Babayevlə isə əlaqə yaratmaq mümkün olmayıb.

Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub.  Sabiq nazir dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli İnsanov əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Əli İnsanovun cəzasının müddəti bir neçə ay sonra bitir.

Ana səhifəXəbərlərƏli İnsanova cinayət işi açılıb? (Yenilənib)