Əli İnsanov: Aliməm, dərman kəşf etmişəm, pul qazanmışam və qazanıram

“Qazancımdan Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 100 min dollarlarla vəsait ödəmişəm”

Source:


“Qazancımdan Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 100 min dollarlarla vəsait ödəmişəm”

Azərbaycan hakimiyyətinin keçmiş səhiyyə naziri Əli İnsanovun hesabına həbs qoymaq istəməsi əsassızdır. Bu barədə “Turan İA”-a onun vəkili Toğrul Babayev bildirib.

“Əli İnsanovun hər hansı borcu yoxdur. Onun bütün əmlakı müsadirə edilərək əlindən alınıb. Bu isə məhkəmənin müəyyən etdiyi məbləğdən üç dəfədən də çoxdur”, – deyə o qeyd edib.

Vəkil bu gün Əli İnsanovla görüşüb. “Mən ixtiraçı aliməm, dərman (İnsanovin) kəşf etmişəm. Həmin dərmanın xaricdə istehsalından pul qazanmışam və indi də qazanıram. Qazancımdan Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 100 min dollarlarla vəsait ödəmişəm. Həmin ödəmələrlə bağlı sənədi istintaq orqanlarına və Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmişəm”, – Ə. İnsanov vəkili vasitəsilə bildirib.

Bu günlərdə mətbuata Lüksemburq bankının müştərilərinin hesabları haqda məlumatlar sızıb. Bu müştərilərin   arasında Əli İnsanovun da hesabı var. Azərbaycan hakimiyyəti dərhal qərara alıb ki, bunlar qanunsuz vəsaitdir və bu vəsaiti müsadirə etmək niyyətini açıqlayıb.

Ə.İnsanov bəzi hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun hüquqlarının pozulması barədə qərar çıxarıb.

Ana səhifəXəbərlərƏli İnsanov: Aliməm, dərman kəşf etmişəm, pul qazanmışam və qazanıram