Nuşirəvan Məhərrəmli: ”Sona Vəliyeva prezidentə müraciət edib”
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Sona Vəliyevanın bu qurumdan çıxmasını təsdiqləyib.
“Turan”-ın məlumatına görə, N.Məhərrəmli deyib ki, S.Vəliyeva bir müddət öncə MTRŞ üzvlüyündən azad olunması ilə bağlı dövlət başçısına müraciət edib.
“Prezident S. Vəliyevanın istefa ərizəsini qəbul edib. Onun səlahiyyətləri noyabrın 15-dən bitir”, – N.Məhərəmli bildirib.
S.Vəliyevanın MTRŞ üzvü təyin edilməsi barədə sərəncam 2013-cü il noyabrın 14-də verilib. O, 6 müddətinə təyin edilmişdi.
S. Vəliyeva Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır.