Mənbə: Meydan TV

Əli Həsənovun həyat yoldaşının adı keçən işdə gözlənilməz cəza tələb olundu

Prokuror təqsirləndirilənlərə iş istədi

Prezidentin kِöməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın təsisçisi olduğu “Kaspi” liseyinin Bakıxanov filialından 564 min manat mənimsəmədə ittiham olunan iki nəfərə prokuror şərti cəza verilməsini təklif edib. Bunlar liseyin keçmiş baş mühasibi Tural Məmmədov və Fərahim Möhbalıyevdir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə oktyabrın 18-də keçirilən məhkəmə iclasında prokuror Nəsir Bayramov çıxış edib. O, təqsirləndirilən şəxslərin hər ikisinə 3 il sınaq müddəti təyin edilməklə, 6 il şərti cəza verilməsini təklif edib.

Zərərçəkmiş qismində tanınan “Kaspi” liseyinin nümayəndəsi liseyə dəymiş ziyanın ödənilmədiyini deyib. O, çıxışa hazırlaşmaq üçün məhkəmədən də vaxt istəyib.

Məhkəmə prosesi oktyabrın 21-nə qədər təxirə salınıb.

Təqsirləndirilən şəxslərdən T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini, bu məbləğin də xeyli hissəsinin qaytarıldığını deyir. Onun sözlərinə görə, S.Vəliyeva məbləği şişirdərək, 565 min manat göstərib.

F.Möhbalıyev isə özünü təqsirli bilmir. T.Məmmədov da onun günahsız olduğunu deyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/paecad

Ən çox baxılan