“Azərbaycanda mövcud qanunlar çərçivəsində fəaliyyətinə, siyasi baxışlarına, fikirlərinə görə heç bir jurnalist həbs olunmur”
“Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova konkret cinayət əməlində şübhəli bilinib və məhkəmənin qərarı ilə həbs olunub”. Bu sözləri
AzərTAc
-a açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Həsənov hesab edir ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və məlumat azadlığı, hər bir vətəndaşın sərbəst şəkildə öz fikirlərini ifadə etmək hüququ tam təmin edilib.
“Azərbaycanda mövcud qanunlar çərçivəsində fəaliyyətinə, siyasi baxışlarına, fikirlərinə görə heç bir jurnalist həbs olunmur və bundan sonra da həbs olunmayacaq”, şöbə müdiri qeyd edib.