Əli Həsənov Türkiyədə xəstəxanadadır

O qeyd edib ki, bu gün və sabah anju və testlər ediləcək.

Source: Meydan Tv


“Aritmiya və ürək çatışmamazlığının səbəbi müəyyən ediləcək”

Prezidentin sabiq köməkçisi Əli Həsənov ürək çatışmamazlığı səbəbindən Türkiyədə xəstəxanadadır.

“Publika.az”-a danışan Əli Həsənov Türkiyəyə avqustun 19-da gəldiyini və hazırda xəstəxanada olduğunu deyib:

“Kəskin aritmiyanın və ürək çatışmazlığının səbəbi dəqiq müəyyən ediləndən sonra yeni bir açıq ürək əməliyyatının, yaxud klapanlara hansısa müdaxilənin edilib-edilməməsinə qərar veriləcək. Həm də boyun damarlarında ciddi problem aşkarlanıb”.

O qeyd edib ki, bu gün və sabah anju və testlər ediləcək.

Əli Həsənov 2013-cü ildə infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılıb və iki dəfə açıq ürək əməliyyatı edilib.

Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub.

O ötən ilin noyabrında vəzifəsindən azad olunub.

Ana səhifəSiyasətƏli Həsənov Türkiyədə xəstəxanadadır