“Rusiya prezidentinun təşəbbüsünü də, ilk növbədə, pozulmuş atəşkəsin bərpasına yönəlmiş sülhyaratma təşəbbüsü kimi dəyərləndirmək olar”
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşünün yekunlarını müsbət hesab edir. “Xüsusən, Ermənistan-Azərbaycan münaqişəsinin dünyada ən uzun sürən münaqişələrdən biri “statusunu” alması müsbət haldır” – cənab Həsənov belə hesab edir.
Administrasiya rəsmisi deyib ki, Ermənistan tərəfin belə bir görüşün keçirilməsi təxribatçı-diversiya qruplarının silahlı müdaxilələri və münaqişə bölgəsində baş verən qanlı toqquşmaların fonunda zəruri idi. Buna görə Rusiya prezidentinun təşəbbüsünü də, ilk növbədə, pozulmuş atəşkəsin bərpasına yönəlmiş sülhyaratma təşəbbüsü kimi dəyərləndirmək olar. Putin ikitərəfli və üçtərəfli danışıqlarda əsas diqqətini, ilk növbədə, atəşkəs rejiminin bərpası və qorumasına, münaqişənin danışıqlar və sülh yolu ilə həll olunmasına və tərəflər arasında etimad mühitinin yaradılmasına yönəltmişdi.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi düzgün və əsaslandırılmış idi, Ermənistan tərəfin arqumentləri isə həmişəki kimi, bu görüşdə də boş idi. Azərbaycan torpaqlarının işğalı faktı və bu işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı BMT-nin məlum qətnamələri qarşısında Sarkisyanın irəli sürdüyü “arqumentlər”in heç bir əsası yox idi.
Eyni zamanda, o, 9 ay sonra dövlət başçılarının görüşünü və danışıqlarını münaqişənin tənzimlənməsi üzrə müsbət yekunu hesab edir. “Bu, tənzimlənmə üzrə danışıqların bərpası deməkdir” – Həsənov belə deyib.
Yerevana hücum ediləcəyi təqdirdə Sarkisyanın Azərbaycan ərazisini bombalamaq hədələrinə gəlincə, Əli Həsənov belə şərh verib: “Yerevan rejimi taleyi sınamaq istəyirsə, qoy xarici siyasətini davam etdirsin” (Turan İA).