Əli Həsənov: Referendum iqtisadi islahatların əhatə sahəsini genişləndirməyə xidmət edir

”Yeni institutun formalaşması ilə həmçinin prezidentin səlahiyyətlərinin icra olunması mexanizmi də dəqiqləşir və dövlət idarəetməsi mümkün risklərdən sığorta olunur”

Source:
Əli Həsənov
Əli Həsənov


”Yeni institutun formalaşması ilə həmçinin prezidentin səlahiyyətlərinin icra olunması mexanizmi də dəqiqləşir və dövlət idarəetməsi mümkün risklərdən sığorta olunur”

“Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi zərurəti son 7 il ərzində ölkənin ictimai-siyasi, ictimai-iqtisadi və mədəni həyatında baş verən köklü dəyişikliklər, eləcə də region və dünyada baş verən siyasi və iqtisadi proseslərlə əlaqədar yaranıb”.

“Report” xəbər verir ki, bu barədə TASS-a müsahibəsində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

O xatırladıb ki, qüvvədə olan Konstitusiya 1995-ci ildə qəbul edilib, 2002 və 2009-cu illərdə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendumlar keçirilib.

“Prezident tərəfindən təklif olunan Referendum Aktında Konstitusiyanın 23-cü maddəsinə dəyişikliklərin edilməsi və 6 yeni maddələrin əlavə olunması nəzərdə tutulub. Dəyişikliklik və əlavələr insan hüquq və azadlıqlarınının müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini, effektiv dövlət idarəetmə mexanizminin formalaşmasını, aparılan iqtisadi islahatların səmərəliliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsini, qanunverici hakimiyyət orqanlarının fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyənləşdirilməsi, dövlət təhlükəsizliyi və ictimai stabillik üçün əlavə zəmanətlərin yaradılmasını özündə ehtiva edir. Ümumilikdə dəyişikliklər cəmiyyətin müasir inkişaf mərhələsindəki əsas fəaliyyət sahəsini əhatə edir” – deyə Əli Həsənov vurğulayıb.

Onun sözlərinə görə, dəyişikliklər Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılmasını nəzərdə tutur: “Yeni idarəetmə institutu müasir çağırışlara prezident idarəetmə formasının adekvatlığını təmin edəcək və forsmajor vəziyyətlərdə dövlət idarəetmə mexanizminin optimal funksionallığı üçün şərait yaradacaq. Dəyişikliklər ölkədə indi uğurla həyata keçirilən iqtisadi islahatların əhatə sahəsini genişləndirməyə xidmət edir. Yeni institutun formalaşması ilə həmçinin prezidentin səlahiyyətlərinin icra olunması mexanizmi də dəqiqləşir və dövlət idarəetməsi mümkün risklərdən sığorta olunur”.

Ana səhifəXəbərlərƏli Həsənov: Referendum iqtisadi islahatların əhatə sahəsini genişləndirməyə xidmət edir